Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1761/2025 13.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış borcunun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2nın barəsində tərtib edilmiş "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 096312 saylı, xx.xx.2018-ci il tarixli, 111802 saylı, xx.xx.2022-ci il tarixli, 282379 saylı və xx.xx.2025-ci il tarixli, 374761 saylı aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış 1934,88 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Sabirabad rayonu, Qarağac kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Elektrik sayğacı mərhum X2nın adına qeyd edilmişdir. X2 xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Onun iştirakı olmadan "xxxx" ASC-nin Sabirabad rayon filialının əməkdaşları ona xəbər etmədən gəlib sayğaca baxış keçirmişlər və baxış zamanı müxtəlif aktlar tərtib edərək aktlarda birbaşa xəttdən istifadə edilməsi qeyd edilmişdir. Halbuki, o və ailəsi tərəfindən sayğaca bu günə kimi heç bir müdaxilə edilməmişdir. O, vaxtlı-vaxtında istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəyir. Bu barədə iddia ərizəsinə abonent saldosunu əlavə etmişdir. Əldə etdiyi saldodan görünür ki, 1934,88 manat cərimə borcu mövcuddur. Hesab edir ki, aktlar əsassızdır. Əlavə olaraq bildirir ki, onların ümumiyyətlə sayğacdan anlayışları yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, aktda əsassız qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Çünki, elektrik enerjisinin sərfiyyatı abonentin saldosundan göründüyü kimi vaxtı-vaxtında ödənilmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2022-ci il və xx.xx.2025-ci il tarixində istehlakçı Qocayeva Durnanın adına olan Sabirabad rayonu Qarağac kəndində yerləşən **********00098 saylı abonent kodu üzrə elektrik sayğacına baxış keçirilən zaman xx.xx.2018-ci il tarixdə sayğacın kəsilərək götürülməsi və evə birbaşa xətt daxil olması, xx.xx.2018-ci il tarixdə sayğacın olmaması, xx.xx.2022-ci il tarixdə sayğacın giriş və çıxış yuvalarının yanması və xx.xx.2025-ci il tarixdə abonentin kənar xəttdən istifadə etməsi aşkar edilmiş və müvafiq olaraq 096312 saylı, 111802 saylı, 282379 saylı və 374761 saylı aktlar tərtib edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Qarağac kəndində yerləşən **********00098 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə xx.xx.2018-ci il tarixli, 096312 saylı, xx.xx.2018-ci il tarixli, 111802 saylı, xx.xx.2022-ci il tarixli, 282379 saylı və xx.xx.2025-ci il tarixli, 374761 saylı aktlar üzrə elektrik enerjisi itkisinə görə cəmi 825,83 manat borc hesablanmışdır. “X1 Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların tələblərinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2018-ci il tarixli, 096312 saylı, xx.xx.2018-ci il tarixli, 111802 saylı, xx.xx.2022-ci il tarixli, 282379 saylı və xx.xx.2025-ci il tarixli, 374761 saylı aktlara əsasən borc yazılmış borcun 10%-i həcmində, yəni 82 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 096312 saylı, xx.xx.2018-ci il tarixli, 111802 saylı, xx.xx.2022-ci il tarixli, 282379 saylı və xx.xx.2025-ci il tarixli, 374761 saylı aktları əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Qarağac kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına (**********00098 saylı abonent hesabı) hesablanmış 822,83 manat borc məbləğindən 740,83 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 82 manat müəyyən edilməlidir. Aktların etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktların etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, aktlar aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 096312 saylı, xx.xx.2018-ci il tarixli, 111802 saylı, xx.xx.2022-ci il tarixli, 282379 saylı və xx.xx.2025-ci il tarixli, 374761 saylı aktları əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 822,83 manat borc məbləğindən 740,83 manat Sabirabad rayonunun Qarağac kəndində yerləşən evə aid **********00098 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 82 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1761/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1761/2025
13.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver