Məhkəmə qərarları › İş №2(056)-1853/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1853/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1853/2024 01.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Novruzəli oğlunun sədrliyi ilə, iddiaçı X4 Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə Sabirabad şəhərində 01 avqust 2024-cü il tarixdə sadələşdirilmiş qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 2936 manat pul və dövlət hesabına ödənilmiş 50,40 manat dövlət rüsumu alınıb iddiaçı X9 oglunun (VÖEN**********) xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, X9 oglu(VÖEN**********, ilə Cavabdeh oglu arasında bağlanmış 02 Sentyabr 2021-cü il tarixli,000000334 saylı nisiyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dört) ay müddətinə 02 sentyabr 2023-cü il tarixinə qədər 8400 manat dəyərində olan 1 ədəd çarpayı Klass, 1 ədəd dolab Klass, 1 ədəd termo Klass, 2 ədəd tumba Klass, 1 ədəd Tv altı Klass, 1 ədəd Klass boy güzgü, 1 ədəd Klass sandıq, 1 ədəd Klass komod, 2 ədəd Klass Vitrin 2 qapı, 1 ədəd Leksus masa, 1 ədəd Döşək, 1 ədəd Zümrüd divan, 1 ədəd Sərxoş jurnalni, 1 ədəd Tv Şhivaki, 6 ədəd taclı stul, 1 ədəd Grandlux duxovka , 1 ədəd İndesit soyducu, 1 ədəd Vera mətbəx 3m, 1 ədəd Samsung paltaryuyan, 1 ədəd Silver tozsoran, 1 ədəd pufnik, 1 ədəd mikser məişət əşyası kreditə verilmişdir. Cavabdeh ilkin olaraq 1500 manat ödəniş etmək şərti ilə 6900 manat qalıq borcu hər ay 287.50 manat ödəməyi üzərinə götürmüşdür. X1 qeyd olunan qalıq qalan ümumilikdə 5464 manat ödəniş etmiş, qalan 2936 manat borc ödənilməmiş qalmışdır. Borcluya qalıq borcun ödənilməsi barədə dəfələrlə çağırışlar,bildirişlər göndərilməsinə baxmayaraq,cavabdeh qalıq borcun ödənilməsi ilə bağlı heç bir təşəbbüs göstərməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır.Lakin danışıqlar (pretenziya qaydasında həll olunma)heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh ödəniş qəbzlərindən də göründüyü kimi, xx.xx.2023-cü tarixə,yəni sonuncu ödəniş tarixinə kimi ümumilikdə 2936 manat borcu vardır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsindən görünür ki, X9 oglu(VÖEN**********) tərəfindən Cavabdeh ogluna 24 (iyirmi dört) ay müddətinə 02 Sentyabr 2023-cü il tarixinə qədər 8400 manat dəyərində olan 1 ədəd çarpayı Klass, 1 ədəd dolab Klass, 1 ədəd termo Klass, 2 ədəd tumba Klass, 1 ədəd Tv altı Klass, 1 ədəd Klass boy güzgü, 1 ədəd Klass sandıq, 1 ədəd Klass komod, 2 ədəd Klass Vitrin 2 qapı, 1 ədəd Leksus masa, 1 ədəd Döşək, 1 ədəd Zümrüd divan, 1 ədəd Sərxoş jurnalni, 1 ədəd Tv Şhivaki, 6 ədəd taclı stul, 1 ədəd Grandlux duxovka , 1 ədəd İndesit soyducu, 1 ədəd Vera mətbəx 3m, 1 ədəd Samsung paltaryuyan, 1 ədəd Silver tozsoran, 1 ədəd pufnik, 1 ədəd mikser məişət əşyası kreditə verilmişdir. Cavabdeh ilkin olaraq 1500 manat ödəniş etmək şərti ilə 6900 manat qalıq borcu hər ay 287.50 manat ödəməyi üzərinə götürmüşdür. Sözügedən müqavilənin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı X3 alqı-satqı müqaviləsi əsasında aldığı dəyəri 7400 manat olan məişət avadanlıqların dəyərini 24 ay ərzində hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini tam yerinə yetirməmişdir. Buna görə də, iddiaçı X4 həmin müqavilə üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmadığı və iddiaçı ilə bağladığı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün tələb olunan borcu iddiaçı təşkilata ödəməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPMnin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X7 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 2936 manat əsas borc və 50 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2986 (iki min doqquz yüz səksən altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X5 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar