Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1877/2023 16.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 298936 saylı aktının əsasında hesablanmış 580 AZN borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, ünvan 1i ünvanında pasport qeydiyyatında olmaqla ailəsi ilə birlikdə həmin kənddə yaşayır. "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşlarının ona məxsus olan sayğaca baxış keçirərkən sayğacdan kənar xəttdən istifadə etməsi müəyyən edilmişdir. Sonradan ona məlum olmuşdur ki, bu barədə akt tərtib edilmiş və o, 580 manat cərimə olunmuşdur. Hesab edir ki, əsassız olaraq cərimələnmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh təşkilat "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı mənzildə aparılan yoxlama zamanı xx.xx.2023-cü il tarixli 298936 saylı akta əsasən E.E.İ.Q-na uyğun yoxlama apararkən məlum olmuşdur ki, abonent elektrik enerjisindən sayğacdan kənar xəttdən istifadə etmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, İddiaçı tərəfindən X1 qaydalarının pozulmasına görə, ona elektrik enerjisi itkisinə görə 580 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, İddiaçı həqiqətən də ünvan 1i ünvanında yaşayır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Cavabdeh təşkilat iddiaçının uzun müddət sayğacdan kənar xətt istifadə etməsi hallarına əsaslansa da, həmin halları təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Lakin iddiaçı bir müddət sayğacdan kənar xəttdən istifadə etdiyini etiraf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, bir aylıq dövr üçün hesablanmış cərimə məbləği abunəçinin hesabında saxlanılmalı və qalan məbləğ iddiaçının abunə hesabından silinməlidir. İstinad olunan 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli 298936 saylı akta əsasən enerji itkisinə görə borc 80 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 298936 saylı aktı əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə ünvan 1i ünvanında yerləşən evin sakini İddiaçı hesablanmış 580 manat borcun məbləği azaldılaraq, 80 manat məbləğində müəyyən olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 298936 saylı aktı əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə ünvan 1i ünvanında yerləşən evin sakini İddiaçı hesablanmış 580 manat borcun məbləği azaldılaraq, 80 (səksən) manat məbləğində müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1877/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1877/2023
16.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver