Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1902/2023 15.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı “AKT əsasında hesablanmış borcun silinməsi” barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» X1 X4 İdarəsinə qarşı “AKT əsasında hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC 4 nömrəli Regional Sukanal İdarəsi tərəfindən tərtib edilmiş sudan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli 601911 saylı AKT-ı üzrə hesablanmış 2052 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh Azərsu ASC-nin 4 saylı Regional Sukanal İdarəsinin rəisi F.Mirzəyev tərəfindən onun barəsində sudan istifadə qaydaların pozulması haqqında 601911 saylı AKT təsdiq edilmişdir. Qeyd olunan akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə 360 gün ərzində 2052 kub metr su sərfiyyatına görə 2052 manat cərimə hesablanmışdır. Qeyd olunan akt qanunsuz və əsassızdır. Aktda qeyd olunmuşdur ki, o, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binası üçün 530 mmlik boru ilə su şəbəkəsinə qanunsuz qoşulmuşdur. Lakin o, su şəbəkəsinə hər hansı qoşulma etməmişdir. Onlar vaxtı-vaxtında istifadə etdikləri suyun pulunu ödəmişlər. Buna baxmayaraq onlara əsassız olaraq 2052 manat cərimə yazılmışdır. Odur ki, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı iddia tələbini müdafiə edərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh təşkilat Cavabdeh ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki iş materiallarında olan Sudan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli 601911 nömrəli AKT-dan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasına xidmət göstərən su sayğacına baxış zamanı 530 mm-lik boru ilə su şəbəkəsinə qanunsuz qoşulma müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli 601911 nömrəli AKTa əsasən ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına xidmət göstərən su sayğacında yaranmış qüsurlarla bağlı itirilmiş suyun həcmi 2052 m3 müəyyən edilmiş və nəticədə su itkisinə görə 2052 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş Sabirabad rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqsünas Kamal Babayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi və İddiaçı su resurslarını talayaraq 2052 manat məbləğində maddi ziyan vurması xüsusatı üzrə əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmasından imtina edilməsi qərara alınmışdır. Qeyd edilən Qərarda əksini tapmış İddiaçı izahatından görünür ki, o, 2021-ci il tarixdən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğul olur və öünə məxsus VÖEN-i vardır. ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsini 2 il əvvəl İslam Həsənov adlı şəxsdən almış və hazırda da onun mülkiyyətində və istifadəsindədir. Sahibkarlıq obyektinin yaxınlığından Qalaqayın magistral su boru xətti keçir. Həmin xətt artıq uzun müddətdir ki, dəyişdrilmir və mütəmadi problemləri olur. Belə ki, sözügedən boru köhnə olduğu üçün su sızdırır, su xətti yerin altında olduğu üçün bunun nəticəsində həmin su uzun müddət ərzində özünə yer açaraq quyu vəziyyətinə gəlmişdir. Dolmuş quyudakı suyun bir qismi yaxınlıqdakı kollektora, bir qismi isə yola axmışdır. Həmin quyuya su dolduqca motor vasitəsi ilə öz çəninə vurub istifadə etmiş, həmin boru xəttinə hər hansı müdaxilə etməmiş və ya borunu deşməmişdir. Obyektdə kart tipli su sayğacı olsa da, təxminən bir ildir ki, suyu quyudan götürdüyü üçün sayğaca kommunal pul vəsaiti ödəməmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC 4 nömrəli Regional Sukanal İdarəsinin əməkdaşları gəlib həmin quyudan sitifadə etdiyini aşkar etmiş və bu barədə protokol tərtib edərək 2052 manat cərimə yazmışdır. Bu barədə sonradan məlumat almış, daha sonra buna etiraz edərək həmin boru xəttinə müdaxilə etmədiyini, sadəcə israf edilmiş sudan istifadə etdiyini bildirsə də, ona artıq cərimə yazıldığı qeyd edilmişdir. O, Cavabdeh ASC ilə müqavilə bağlamamış, sayğac İslam Həsənovun dövründən qalmışdır. Həmin quyunu özü açmamış, o cümlədən boru xəttinə hər hansı müdaxilə etməmişdir. Qeyd edilən Qərarda əksini tapmış X2 izahatından görünür ki, o, 2012-ci ildən Cavabdeh ASC-də işləyir. Xidməti ərazsinə Sabirabad şəhərinin binaları, Mehman Məmmədov küçəsi, Xiyabani küçəsi, İsmat Qayıbov küçəsi, Novruzlu və Yeni Novruzlu qəsəbələri aiddir. Bundan əlavə, qeyri-əhali tipli obyektlərə də təxminən 3 il əvvələ kimi o nəzarət etmiş, hazırda həmin obyektlərə nəzarət idarə tərəfindən həyata keçirilir. Vahid İsgəndərov və İslam Həsənovu abonent kimi tanıyır, onlarla şəxsi münasibəti yoxdur. İslam Həsənovun sahibkarlıq obyektinə də uzun müddət nəzarət etmiş, lakin sonuncu artıq bir neçə ildir ki, burada yaşamır. İslam Həsənovun sahibkarlıq obyektinin yaxınlığından d=530mm-lik Qalaqayın magistral xətti keçir və həmin xətt köhnə olduğu, istismar müddətini başa vurduğu üçün uzun müddətdir ki, ondan su sızmalar olur. Dəfələrlə həmin xətti təmir etmələrinə baxmayaraq, yenə də su sızdırır. X5 vaxtından, yəni təxminən 2 il əvvəldən su sızır və sızdığı yerdə quyu əmələ gəlmişdir. İslam Həsənov və ondan sonra obyekti işlədən şəxs isə həmin quyudan suyu istifadə etmiş, lakin həmin hadisəyə şahid olmamışdır. Qeyd edilən Qərarda əksini tapmış xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış aparılması haqqında protokolun məzmunundan görünür ki, baxış yeri Sabirabad şəhəri, Muğan prospekti 17 ünvanında yerləşən sahibkar İslam Həsənova məxsus sahibkarlıq obyektinin yaxınlığında yerləşən “Qalaqayın” magistral boru xəttidir. Baxış zamanı Cavabdeh ASC-nin əməkdaşı Zamiq Əhmədov həmin xəttin su gölməçəsinin altından keçdiyini, aşkar etdikləri vaxt İddiaçı motor vasitəsi ilə gölməçədən suyu çəkdiyini bildirdi. İddiaçı gölməçədən suyu çəkdiyini etiraf edərək, su xəttinə hər hansı müdaxilə etmədiyini, həmin xəttin mütəmadi su sızdırdığını bildirdi. Baxış zamanı aşkar şəraitdə hər hansı boru xətti, o cümlədən su xəttlərinə kənar müdaxilə aşkar edilmədi. İddiaçı həmin xətt ilə bağlı dəfələrlə şikayət etdiyini, suyu daşıdığını, lakin təmir edilmədiyini bildirdi. Sabirabad rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqsünas Kamal Babayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın əsaslandırma hissəsində qeyd edilmişdir ki, Cavabdeh ASC-dən daxil olmuş məktubda və əlavə olunmuş sənədlərdə İslam Həsənov adlı abonentin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla 2052 manat maddi ziyan vurması qeyd edilsə də, araşdırma zamanı həmin xüsusat öz təsdiqini tapmamış və sonuncunun əməllərində ümumiyyətlə inzibati xəta tərkibi aşkar edilməmişdir. X3 su resurslarına qanunsuz qoşulması xüsusatlı, o cümlədən magistral boru kəmərinə müdaxilə etməsi qeyd olunsa da, həmin xüsusatı təsdiq etmək üçün mötəbər sübut təqdim edilməmiş, barəsində müraciət edilən abonent özü də həmin xəttə heç bir müdaxilə etmədiyini, sözügedən xəttin yerin altı ilə getdiyini, uzun müddətdir ki, su sızdırmasına baxmayaraq, hər hansı təmir işləri görülmədiyini bildirmiş, həmin xüsusat əraziyə vaxtilə nəzarət etmiş Sabirabad Sukanal İdarəsinin əməkdaşı Abbas Məlikovun izahatı ilə də təsdiq olunmuşdur. Sonuncu da həmin xəttin istismar müddətini başa vurduğunu, mütəmadi su sızdırdığını bildirmiş, bundan əlavə hadisə yerinə baxış keçirilməsi zamanı da sözügedən quyunun altından keçən su xəttinin görünmədiyini, İddiaçı sadəcə sızan sudan istifadə etməsi müəyyən edilmişdir. Odur ki, qeyd olunan xüsusat üzrə İddiaçı əməllərində inzibati xəta tərkibi olmadığı üçün barəsində inzibati xəta haqqında iş üzrə icratın başlanılmasından imtina edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixində Azərsu» ASC 4 nömrəli Regional Sukanal İdarəsinin əməkdaşları Sabirabad şəhəri, Muğan prospekti 17 ünvanında yerləşən “Avtoyuma” məntəqəsinə baxış keçirmiş, qeyd edilən obyektin su xəttinə qanunsuz qoşulması faktının müəyyən olunması əsası ilə akt tərtib etmiş, daha sonra qeyd edilən obyekt və digər bir obyekt sahibləri, həmçinin hazırki iddiaçı barəsində su resurslarının talanması faktı ilə Sabirabad rayon prokurorluğuna müraciət edilmiş, araşdırma zamanı ASC-nin əməkdaşı Abbas Məlikov da avtoyuma məntəqəsinin yaxınlığında yerləşən su boru xəttinin istismara yararsız olduğunu, uzun müddətdir ki, boruda deşik yarandığını, yaranmış deşikdən olan sızma nəticəsində su quyusunun formalaşdığını bildirmiş, yerində müayinə aktında da Bəhruz Xakişiyevin boru xəttinə müdaxilə etmədiyi, sadəcə yaranmış su quyusundan motor vasitəsi ilə yığılmış sudan istifadə etdiyinin müəyyən edildiyi göstərilmişdir. Araşdırmanı həyata keçirən müstəntiq də həm göstərilən əməkdaşın izahatına, həm də yerində müayinə aktında göstərilənlərə əsasən müəyyən etmişdir ki, İddiaçı əməlində su resursunun talanması faktı mövcud olmamış, bu əsasla onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasından imtina edilmişdir. Müstəntiq tərəfindən qəbul edilmiş qərar mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Göründüyü kimi, su borusundan yaranmış nasazlıq (deşik) iddiaçının hərəkət və ya hərəkətsizliyindən əmələ gəlməmiş, iddiaçı su boru xəttinə müdaxilə etməmiş, əksinə, su təchizatı və kanalizasiya müəssisəsi öz əməkdaşları vasitəsi ilə vəzifəsini yerinə yetirmədiyindən yaranmış nasazlıq nəticəsində su quyusu yaranmışdır və iddiaçı yaranmış quyuda yığılan sudan istifadə etmişdir. Belə olan halda iddiaçının hər hansı istər inzibati, istərsə də mülki məsuliyyətindən söhbət gedə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.1-ci bəndinə əsasən, balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək su təchizatı və kanalizasiya müəssisəsinin (bundan sonra - STKM) vəzifəsidir. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, STKM-nin STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. Həmin Qaydaların 8.6-cı bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Göstrəilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən su xəttinə qanunsuz müdaxilə müəyyən edilmədiyindən iddia tələbi əsaslı hesab edilərək xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 2052 borc Sabirabad şəhəri, Muğan prospekti 17 ünvanında yerləşən “Avtoyuma” məntəqəsi üzrə İddiaçı abonent hesabından silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 601911 nömrəli AKT-a əsasən itirilmiş suyun bərpası üçün hesablanmış 2052 manat məbləğində borc ünvan 1 ünvanında yerləşən qeyri – yaşayış binasına aid abunə hesabından (abonent kodu 680065) silinsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1902/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1902/2023
15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver