Məhkəmə qərarları › İş №2(056)-1911/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1911/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1911/2023 05.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakimi Səlim Məhərrəm oğlu Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədi. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalı, həmçinin Azərbaycan Respublikasının MPM-nin 114-cü maddəsinin tələblərinə uyğun olaraq "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş iddia qaldırılması üçün dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Mərkəzi Bankı – X2 vasitəsi ilə (**********) Sabirabad rayon Məhkəməsinin hesabına (büdcə təsnifat kodu: 142211, xidmət kodu 14221103, trzansaksiya nömrəsi **********) 104.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və iddia ərizəsi, həmçinin ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" MMC tərəfindən ********** nömrəli qəbz vasitəsilə iddia qaldırılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankı – X2 vasitəsi ilə Sabirabad rayon Məhkəməsinin hesabına (büdcə təsnifat kodu: 142211, xidmət kodu 14221103, trzansaksiya nömrəsi **********) ödənilmiş 104,40 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar