Məhkəmə qərarları › İş №2(056)-1925/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1925/2023

16.09.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1925/2023 16.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01642 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə nikahlarını rəsmiləşdirməklə evlənmişdir. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri hazırda pozulmuşdur və onlar ayrı-ayrılıqda yaşayırlar. Məhkəmə iclasından əvvəl Sabirabad rayon Mediatorunda barışıq sazişi bağlamışlar ki, onların rəsmi nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X3 onun himayəsində saxlanması, həmin uşaqların saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsi və Maraqlı şəxs azyaşlı uşaqları ilə istənilən vaxt görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi şərti ilə razılığa gəlmişlər. Alimentin ödənilməməsini nəzərə alıb məhkəmə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin tələblərinə istinad edərək, işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 Ərizəçi himayəsində saxlanması, həmin uşağın saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınıb ona verilməsi və Maraqlı şəxs azyaşlı uşağı ilə istənilən vaxt görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi ilə bağlı razılaşaraq qərar qəbul etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT-023/2023-01642 nömrəli Barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar