Məhkəmə qərarları › İş №2(056)-195/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-195/2025

27.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-195/2025 27.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Ərizəçi və Sabirabad rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 15 iyun 1980-ci il tarixdə Sabirabad rayonu Nizami kəndində anadan olmuş əri X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 15 iyun 1980-ci ildə Sabirabad rayonu, Nizami kəndində anadan olmuşdur. Ərizəçi 02 fevral 2011-ci il tarixdə rəsmi qaydada evləndiklərini və birgə nikahdan iki uşaqlarının olduğunu qeyd etmişdir. Ərinin İ qrup müddətsiz əlil olduğunu, onun son klinik diaqnozunun “Meninqoensefalit”, kəskin beyin ödəmi-tetra parez, görmə siniri diskinin ödəmi və Kaxeksiya 4-cü dərəcə müəyyən edildiyini göstərmişdir. Kənar şəxslərin qulluğuna ehtiyacı olduğunu, ərinin ətraf aləmi dərk etmədiyini, sadəcə nəfəs aldığını, yataq rejimndə olduğunu qeyd edən ərizəçi, əlavə olaraq göstərmişdir ki, R.S.Fətiyev hərəkətlərinin mənasını ölçüb-biçmək iqtidarında deyil, onunla bağlı bütün məsələləri özü həll edir buna görə də, xəstəyə rəsmi olaraq himayəçi təyin olunması zərurəti vardır. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəsini müdafiə edərək qeyd etmişdir ki, həyat yoldaşı hamamda çimərkən dəm qazından boğulduqdan sonra, 22 gün komada qalmış, səhhəti çox ağır olduğundan ətraf aləmi dərk etmir, aclıq və ya susuluq hiss etmir ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sabirabad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə ərizəçinin tələbinə qarşı heç bir etirazlarının olmadığını bildirərək, ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilmiş maraqlı şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Maraqlı şəxs2” X9 numayəndəsi məktubla rəsmi qaydada müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyəti təsdiq edən vəsiqənin surətindən görünür ki, X4 15 iyun 1980-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli 175 saylı rəyinə əsasən X2 Keçirilmiş meninqoenefalit nəticəsində meydana demansiya formasında psixi xəstəlik müəyyən edilir. R.S.Fətiyevdə hazırki müayinə zamanı müəyyən edilən keçirilmiş meninqoensefalit nəticəsində meydana gələn demansiya ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. İşdə olan Bakı Baş Səhiyyə idarəsi X7 verilmiş 13879 saylı epikrizdən görünür ki, X4 xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək stasionar müalicədə olmuş və “Meninqoensefalit”, kəskin beyin ödəmi-tetra parez, görmə siniri diskinin ödəmi və Kaxeksiya 4-cü dərəcə müəyyən edilmişdir. İşdə olan Ambulator Kitabçadan(xəstəlik tarixçəsi) Çıxarışdan görünür ki, X3 İ dərəcə əlillik təyin olunmuşdur. İşdə olan AZ-İ 642181 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X5 rəsmi nikah bağlamış, həmin nikah Sabirabad rayon Nizami kənd icra numayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə 09 sayla qeyd edilmiş və arvada Fətiyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə görə hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Ərizəçi ərizəsini əsaslı hesab edərək xx.xx.1980-ci ildə Sabirabad rayonu, Nizami kəndində doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1980-ci il tarixdə Sabirabad rayonu, Nizami kəndində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmənin qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar