Məhkəmə qərarları › İş №2(056)-1955/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-1955/2025

10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-1955/2025 10.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Sabirabad regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi göstərilməklə “hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Sabirabad regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi göstərilməklə “hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmədiyindən və ərizə imzalanmadığından ərizə geri qaytarılmalıdır. Həmçinin qeyd edilməlidir ki, ərizəçilər tələblərini sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi kimi göstərmiş olsalar da, ərizənin xahiş etdi hissəsində şəxsiyyət vəsiqələrindəki şəxslərlə nikah haqqında şəhadətnamədə olan şəxslərin eyni olması faktının müəyyən edilməsi kimi qeyd edib xahişlərini irəli sürmüşlər. Azərbaycan Respublikasının MPM-nin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Sabirabad regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi göstərilməklə “hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçilərə geri qaytarılsın. Ərizəçilərə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar