Məhkəmə qərarları › İş №2(056)-2110/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2110/2024

06.08.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2110/2024 06.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X10 Novruzəli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi İddiaçı Ərizəçi, Cavabdeh Maraqlı şəxs2 iştirakları ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs2 Məhəmməd oğluna qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs2 Məhəmməd oğluna qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər Ərizəçi və Maraqlı şəxs2 aralarında olan mübahisə ilə bağlı könüllü olaraq razılığa əsasən Maraqlı şəxs2 yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı üç övladlarının saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etbarən hər uşaq üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə hər ay 300(üç yüz) manat məbləğində alimenti müvafiq ayın 30-dan gec olmayaraq ödəyəcəyini öhdəsinə götürməsi və aliment məbləğinin Ərizəçi təqdim etdiyi kart hesabına ödənilməsi barədə 07 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırkı iş üzrə Maraqlı şəxs2 ilə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı üç nəfər uşaqları doğulmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-628/2023 saylı qətnaməsinə əsasən Maraqlı şəxs2 ilə Hüseynzadə (Məmmədova) Nuridə Abdulla qızı arasında Sabirabad Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə qeydə alınmış 96 saylı nikah qeydinin pozulması, tərəflər arasında nikah pozulduqdan tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 anası Hüseynzadə (Məmmədova) Nuridə Abdulla qızının yanında qalmasının müəyyən edilməsi, cavabdeh Maraqlı şəxs2 xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq iddiaçı Hüseynzadə (Məmmədova) Nuridə Abdulla qızına verilməsi, alimentin bu qaydada tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması və qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Hal-hazırda cavabdehlə rəsmi olaraq ayrılmışlar. Lakin, Maraqlı şəxs1 vasitəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş barışıq sazişinə əsasən Tərəflər Ərizəçi və Maraqlı şəxs2 aralarında olan mübahisə ilə bağlı könüllü olaraq razılığa gəlmişlər. Maraqlı şəxs2 yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı üç övladlarının saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etbarən hər uşaq üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə hər ay 300(üç yüz) manat məbləğində alimenti müvafiq ayın 30-dan gec olmayaraq ödəyəcəyini öhdəsinə götürür. Aliment məbləği Ərizəçi təqdim etdiyi kart hesabına ödəniləcək. Bu sazişin 2-ci bəndinə əsasən tərəflər razılaşdıqlarını bildirmişlər. Tərəflərin qəbul etdikləri qərarı öz imzalarımızla təsdiq edirlər. Buna baxmayaraq cavabdeh barışıq sazişinə əməl etməmiş və onun Maraqlı şəxs2 alimenti ödəmək istəmir. Şifahi qaydada deməsinə baxmayaraq onun sözlərinə məhəl qoymur. Maraqlı şəxs olan Maraqlı şəxs2 barışıq sazişinin müdəallarını pozur. Bütün bunları nəzərə alıb məhkəmə müraciət etmək qərarına gəlmişdir. İddiaçı Ərizəçi məhkəmə iclası zamanı barışıq sazişinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh Maraqlı şəxs2 məhkəmə iclası zamanı iddianı qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs2 Məhəmməd oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-00945 nömrəli Barışıq sazişindən görünür ki, tərəflər iki azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2023cü il təvəllüdlü X5 adlı uşaqların saxlanmasına görə hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat alimentin xx.xx.2024-cü il tarixdən etibarən Ərizəçi ödənilməsini Maraqlı şəxs2 Məhəmməd oğlu Ərizəçi təqdim ilə bağlı razılaşaraq qərar qəbul. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Barışıq sazişində qeyd edildiyi kimi iki azyaşlı, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına saxlanması üçün hər uşağa 100 manat olmaqla, iki uşağa ümumilkdə 200 manat alimentin alınıb Ərizəçi verilməsi barədə Sabirabad Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2023-cü il tarixli, 2(056)-628/2023 saylı qətnaməsi mövcud olduğundan, yalnız digər xx.xx.2023-cü il təvəllüdlü uşaqları X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat olmaqla sabit məbləğdə alimentin alınması hissəsində barışıq sazişinin təsdiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli, MŞS/MT-023/2024-00945 nömrəli barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 Məhəmməd oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2024-00945 nömrəli Barışıq sazişi xx.xx.2023-cü il təvəllüdlü uşaqları X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat olmaqla sabit məbləğdə alimentin Maraqlı şəxs2 Məhəmməd oğlundan alınıb Ərizəçi ödənilməsi hissəsində məcburi icrası üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar