Məhkəmə qərarları › İş №2(056)-2128/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2128/2024

02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2128/2024 02.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2, İddiaçı cavabdehlər X7 və X8 qarşı «borcun qaytarılması tələbi» barədə kiçik iddia ərizəsinə dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7 və X8 qarşı «borcun qaytarılması tələbinə» dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən xx.xx.2021-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 2400 manat borcun və ödənilmiş 43,6 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan xx.xx.2023-cü il tarixinə qədər qaytarmaq şərtilə alqı-satqı qiyməti 6000 manat dəyərində olan 1 ədəd “Çarpayı sünbül”, 1 ədəd “Dolab sünbül”, 1 ədəd “Termo sünbül”, 2 ədəd “Tumba sünbül”, 1 ədəd “TV altı sünbül”, 1 ədəd “Sünbül masa”, 1 ədəd “Döşək”, 1 ədəd “Uğur divan”, 1 ədəd “Sərxoş jurnalnı”, 6 ədəd “Taclı stul”, 1 ədəd “Vera mətbəx 3 m”, 1 ədəd “Samsung paltaryuyan”, 1 ədəd “Vitek tozsoran”, 1 ədəd “Flora divan”, 1 ədəd “Kələbək masa” əşyaları kreditə götürmüşdür. Cavabdeh ilkin olaraq 1400 manat ödəmək şərtilə 4600 manat qalıq borcu hər ay 255,56 manat ödəməyi üzərinə götürmüşdür. X7 qeyd olunan qalıq borcdan ümumilikdə 3600 manat ödəniş etmiş, qalan 2400 manat borc isə ödənilməmiş qalmışdır. Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi İddiaçı ilə X10 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin nisyə-alqı satqı müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər X7 və X10 bağlanmış müqavilələrin şərtlərinə əməl etmədiklərindən, onlara qalıq borcun ödənilməsi ilə bağlı bildirişlər (pretenziya qaydasında həll olunma) göndərilmiş, lakin onlar qalıq borcun ödənilməsi ilə bağlı heç bir təşəbbüs göstərməmişlər. Ona görə də, İddiaçı məhkəməyə müraciət edərək cavabdehlər X7 və X5 xx.xx.2021-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 2400 manat borcun və ödənilmiş 43,6 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X7 və X8 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqlarını bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə kiçik iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, X1 Əhəd Əlizadə oğlundan xx.xx.2023-cü il tarixinə qədər qaytarmaq şərtilə alqı-satqı qiyməti 6000 manat dəyərində olan 1 ədəd “Çarpayı sünbül”, 1 ədəd “Dolab sünbül”, 1 ədəd “Termo sünbül”, 2 ədəd “Tumba sünbül”, 1 ədəd “TV altı sünbül”, 1 ədəd “Sünbül masa”, 1 ədəd “Döşək”, 1 ədəd “Uğur divan”, 1 ədəd “Sərxoş jurnalnı”, 6 ədəd “Taclı stul”, 1 ədəd “Vera mətbəx 3 m”, 1 ədəd “Samsung paltaryuyan”, 1 ədəd “Vitek tozsoran”, 1 ədəd “Flora divan”, 1 ədəd “Kələbək masa” əşyaları kreditə götürmüşdür. Cavabdeh ilkin olaraq 1400 manat ödəmək şərtilə 4600 manat qalıq borcu hər ay 255,56 manat ödəməyi öhədəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ilə X10 arasında zaminlik müqaviləsi bağlanmış və zamin X3 Kamran Əlabbas oğlu ilə eyni dərəcədə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı tərəfindən borcluya pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 43,6 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı və zaminlik müqavilələri bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Beləliklə məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı və zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, cavabdehlər X7 və X10 isə üzərlərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək ödəniş cədvəlində göstərilən müddətdə İddiaçı borclarını tam qaytarmamışlar. Öhdəliklərini icra etmədiklərinə görə cavabdehlərə qanunla müəyyən edilmiş qaydada pretenziya (öhdəliyin icra edilməməsinə görə məhkəməyə müraciət olunacağı barədə) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında olan İddiaçı ilə X10 arasında imzalanmış zaminlik müqavilələrindən görünür ki, borcalan X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borclunun öhdəliklərinin tamamilə icra edilməsi məqsədi ilə zamin tam məsuliyyəti daşımasını öz üzərinə götürmüş, borclu ilə birlikdə birgə məsuliyyət daşıyır. Az. Res. Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər X7 və X5 2400 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə tələbin iddia qaldırılması üçün 43,6 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 43,6 manat dövlət rüsumu əvəzi cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPMnin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X7 və X5 2400 (iki min dörd yüz) manat borc və 43 (qırx üç) manat 60 (altmış) qəpik dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar