Məhkəmə qərarları › İş №2(056)-2134/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2134/2023

31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2134/2023 31.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Pənahov Füzuli Novruzəli oğlu, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının cavabdeh "xxxx" ASC-nə qarşı «elektrik enerjisi sərfiyyatına görə yaranmış borc öhdəliyinə xitam verilməsi tələbinə dair» iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «elektrik enerjisi sərfiyyatına görə yaranmış borc öhdəliyinə xitam verilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək elektrik enerjisi sərfiyyatına görə yaranmış 326,77 manat məbləğində borc 2015-ci ilədək yarandığından və tələb üzrə müəyyən edilən iddia müddəti keçdiyindən cavabdehin tələb hüququna xitam verilməsi və yaranmış 326,77 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmə hazırlıq iclası xx.xx.2023cü il tarixə Sabirabad rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəmə ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.2-ci maddəsində qeyd edilir ki, İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 170, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçının cavabdeh "xxxx" ASC-nə qarşı «elektrik enerjisi sərfiyyatına görə yaranmış borc öhdəliyinə xitam verilməsi tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim:Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar