Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2227/2025 09.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi, Rüstəmov Rəşad Akif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı «akt əsasında hesablanmış cərimə borcunun silinməsi» tələbi barədə iddiasına dair mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı «akt əsasında hesablanmış cərimə borcunun silinməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 barəsində tərtib edilmiş "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 203299 saylı, xx.xx.2022-ci il tarixli, 266321 saylı, xx.xx.2022-ci il tarixli, 266980 saylı, xx.xx.2024-cü il tarixli, 337904 saylı, xx.xx.2025-ci il tarixli, 370289 saylı və xx.xx.2025-ci il tarixli, 374877 saylı aktların etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 1623,22 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı barədə məlumat verilsə də cavabdeh "xxxx" ASC nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Eyni zamanda iddia ərizəsində silinməsi tələb olunan 1623,22 məbləğində borcun hesablanmasını nəzərdə tutan texniki sahələr üzrə tələblər adlı sənədə istinad edilsə də, lakin sənədlər iddia ərizəsinə əlavə edilməmişdir və həmin sənədlər olmadan iddia tələbinə baxılmasının qeyri mümkünlüyü baxımından, qeyd edilən sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Lakin iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddianın əsasını təşkil edən və sübut növü kimi istinad edilən borcun hesablanmasını nəzərdə tutan texniki sahələr üzrə tələblər adlı sənəd məhkəməyə təqdim edilmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı «akt əsasında hesablanmış cərimə borcunun silinməsi» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2227/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2227/2025
09.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver