Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2240/2025 08.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17 aprel 2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Azərbaycan Metrologiya İnstitutu PHS Kommunal laboratoriyalar MMC-nin 31 yanvar 2025-ci il tarixli, DYM 2114/01 nömrəli protokoluna əsasən Ç4 markalı ******* nömrəli sayğaca 21233996 nömrəli plomb kəsilərək qutu açılmış və baxış keçirilən zaman sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilmişdir.
2. 17 aprel 2025-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanı üzrə qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi.
3. "xxxx" X2 X3 İdarəsi tərəfindən tərtib edilmiş 18 aprel 2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 17 aprel 2025-ci il tarixli, ******* nömrəli akta əsasən 4752 m3 ziyan hesablanmışdır.
4. Abonent saldosundan görünür ki, ünvan 1i ünvanı üzrə, **********00060 nömrəli abonent kodlu abonent İddiaçı hesabına 2025-ci ilin aprel ayında 1349,76 manat borc daxil edilmiş, sonrakı aylar ərzində ödənişlər edildikcə borcdan azalmalar olmuş, 2025-ci ilin iyun ayı üzrə cari borc 1349,76 manat olmuşdur.
5. 17 aprel 2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, qaz sayğacına qanunsuz qoşulma halı aşkar olunmamışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş "xxxx" ASC-nin Salyan rayon regional qaz idarəsinin xx.xx.2025-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akt əsasında əsassız olaraq hesablanmış 1349,76 manat pulun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, iddiaçı ünvan 1ində pasport qeydiyyatında olmaqla Nərimankənd kəndində ailəsi ilə yaşayır. Qaz sayğacı onun adına qeyd edilmişdir. Belə ki, onun iştirakı olmadan "xxxx" ASC-nin Sabirabad rayon qaz idarəsinin əməkdaşları ona xəbər etmədən gəlib sayğaca baxış keçirtmişlər və baxış zamanı sayğacın çıxış plasmast borusunun fiziki təsir nəticəsində deşilməsi qeyd edilmişdir. Halbuki on və ailəsi tərəfindən sayğaca bu günə kimi heç bir müdaxilə edilməmişdir. Ona görə hesab edir ki, akt əsassızdır.
a) iddiaya etiraz
8. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
b) məhkəmə icraat iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iclasın başqa vaxta keçirilməsini xahiş etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 18.1. dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.6. qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə;
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
17. İşdən müəyyən olunur ki, iddiaçının yaşadığı ünvana qaz təchizatı ilə bağlı cavabdehlə müqavilə bağlanmış, ünvan üzrə **********00060 nömrəli abonent kodu açılmışdır.
18. İddiaçı hazırda cavabdeh tərəfindən hesablanmış 1349,76 manat məbləğdə borcun silinməsi xahiş etməklə, tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən barəsində akt tərtib edilmiş, akt üzrə əsassız borc hesablanmışdır.
19. Məhkəmə araşdırması ilə isə sabit olmuşdur ki, borcun hesablanmasına əsas 17 aprel 2025-ci il tarixli, ******* nömrəli tarixli aktdır. Belə ki, cavabdeh tərəfindən təqdim olunan məlumatda qeyd olunanlara əsasən, iddiaçının ünvanında quraşdırılmış qaz sayğacı növbədənkənar dövlət yoxlamasından keçirilməsi məqsədi ilə 17 aprel 2025-ci il tarixdə çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. 17 aprel 2025-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akta əsasən sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşildiyi və istismara yararsız olduğu müəyyən olunmuşdur. Bu səbəbdən sayğaca müdaxilə olunmasına dair rəy verilmişdir. Bununla əlaqədar Birlik tərəfindən 17 aprel 2025-ci il tarixli, ******* nömrəli akta əsasən “Qazdan istifadə” qaydalarının 1.3-cü bəndinin və tərəflər arasındakı müqavilənin 2.2.5-ci bəndinin tələblərinə əsasən itirilmiş qazın bərpası məqsədi ilə hesabat aparılmış, itirilmiş qazın həcmi 4752 m3 müəyyən edilərək 1349,76 manat borc hesablanmışdır.
20. Abonent saldosundan görünür ki, iddiaçının hesabına 2025-ci ilin aprel ayında 1349,76 manat borc daxil edilmiş, sonrakı aylar ərzində ödənişlər edildikcə borcdan azalmalar olmuş, 2025-ci ilin iyun ayı üzrə cari borc 1349,76 manat olmuşdur.
21. Məhkəmə işin qeyd olunan faktiki hallarını maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir.
22. İlk növbədə, borcun hesablanmasına əsas olmuş akt sayğacın laborotoriya müayinəsinin nəticəsi haqqında və onun əsasında qəbul olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17 aprel 2025-ci il tarixli aktldır. Halbu ki, bu akt iddiaçıya təqdim edilməmiş, akt barədə iddiaçı məlumatlandırılmamış, iddiaçı da hesablanmış borcdan bir neçə ay sonra məlumatlı olmuşdur.
23. Digər tərəfdən, aktların mötəbərliyi faktı qəbul olunsa belə, sayğacın zədələnməsində iddiaçının təqsiri müəyyən edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.
24. “Qaz təchizatı haqqında” Qanununun 13.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
25. Göründüyü kimi, fiziki şəxs olan istehlakçılarının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik qaz paylayıcısı özü daşıyır. Qaz sayğacının zədələnməsi, sayğaca müdaxilə və s. bu kimi hərəkətlərdə iddiaçını məsul bilmək isə yalnız mötəbər sübutlarla təqsir müəyyən olunacağı təqdirdə mümkündür.
26. Hazırkı işin halları baxımından isə bu kimi halların heç biri öz təsdiqini tapmır.
27. Odur ki, iddiaçıya hesablanmış borc baxımından, borcun yaranma əsaslarını cavabdeh sübut edə bilməmişdir.
28. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X1 məxsus ünvan 1i ünvanına (abonent kodu **********00060 olmaqla) xx.xx.2025-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1349,76 manat məbləğdə borc "xxxx" İstehsalat Birliyi tərəfindən silinməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. X1 məxsus ünvan 1i ünvanına (abonent kodu **********00060 olmaqla) xx.xx.2025ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1349,76 manat məbləğdə borc "xxxx" İstehsalat Birliyi tərəfindən silinsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Cavid Cəfərov