Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2248/2024 28.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 095078 saylı, xx.xx.2020-ci il tarixli, 169322 saylı və xx.xx.2020-ci il il tarixli, 203450 saylı aktlar əsasında hesablanmış borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonu Bala Həşimxanlı kəndində pasport qeydiyyatında olmaqla ailəsi ilə birgə orada yaşayır. Yaşadığı evin elektrik sayğacı anası X1 adına qeyd edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları onun iştirakı olmadan və ona xəbər etmədən sayğaca baxış keçirmişlər və baxış zamanı müxtəlif aktlar tərtib edərək bəzi aktlarda kənar xəttdən istifadə etməsi və ya baxış ekranının görünməməsini qeyd etmişlər. Halbuki o və ailəsi bu günə kimi sayğaca heç bir müdaxilə etməmişlər. O, vaxtlıvaxtında istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəyir. Bu barədə abonent saldosunu da əlavə etmişdir. Onların ümumiyyətlə sayğacdan anlayışları yoxdur. Həmin evdə 3 nəfər yaşadığı halda aktlar üzrə qeyd edilmiş dəyərdə işıq istehlak edilməsi mümkünsüzdür. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı mənzildə aparılan yoxlama zamanı xx.xx.2018-ci il tarixli, 095078 saylı akta əsasən elektrik enerjisindən sayğacdan kənar xəttdən istifadə etmə, xx.xx.2020-ci il tarixli, 169322 saylı akta əsasən elektrik enerjisindən sayğacdan kənar xəttdən istifadə etmə xx.xx.2020-ci il il tarixli, 203450 saylı akta əsasən hesabat sayğacının yerində olmaması, abonentin birbaşa xətt düzəldərək X2 etməsi faktı aşkarlanmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Bala Həşimxanlı kəndində yerləşən **********00002 saylı abonent hesabına X2 qaydalarının pozulmasına görə, üç akt üzrə elektrik enerjisi itkisinə görə (Köhnə tarif və EİQ pozulması) cəmi 916,65 manat borc hesablanmışdır. “X2 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X2 Qaydalarının pozulması barədə xx.xx.2018-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlara əsasən enerji itkisinə görə borc cəmi 91 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2018-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktları əsasında X2 qaydalarının pozulmasına görə enerji itkisinə görə Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini İddiaçının yaşadığı evin abonent hesabına hesablanmış üç akt üzrə cəmi 916,65 manat borc məbləğindən 825,65 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 91 manat müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 095078 saylı, xx.xx.2020-ci il tarixli, 169322 saylı və xx.xx.2020-ci il il tarixli, 203450 saylı saylı aktları əsasında X2 qaydalarının pozulmasına görə enerji itkisinə görə hesablanmış üç akt üzrə cəmi 916,65 manat borc məbləğindən 825,65 manat Sabirabad rayonunun Bala Həşimxanlı kəndində yerləşən evə aid **********00002 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq cəmi 91 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2248/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2248/2024
28.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver