Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2264/2024 07.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCnin xx.xx.2020-ci il tarixli, 208950 saylı, xx.xx.2021-ci il tarixli, 239467 saylı və xx.xx.2024-cü il il tarixli, 000140 saylı aktların etibarsız sayılaraq onların əsasında hesablanmış 1023,49 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən 208950 saylı, xx.xx.2021-ci il tarixdə 239467 saylı və xx.xx.2024-cü il tarixdə 000140 saylı aktlar tərtib edilmişdir. 2020-ci ildə tərtib edilmiş akt elektrik enerjisindən qeydiyyatsız və sayğacsız istifadə etməsinə görə tərtib edilmişdir. Halbuki, yaşayış evlərini sayğacla təmin etmək "xxxx" ASC-nin vəzifəsidir. 2021-ci ildə tərtib edilmiş akta görə elektrik sayğacı sındırılmışdır. Bu faktda da onun hər hansı təqsiri olmamışdır. 2024-cü ildə tərtib edilmiş akt isə kənar xəttdən istifadəyə görə tərtib edilmişdir. Bu faktdan da onun xəbəri olmamışdır. Onun sayğacdan anlayışı yoxdur. Hər ay istifadə etdikləri elektrik enerjisinin dəyərini ödəyirlər. Sonradan ona məlum olmuşdur ki, aktlar əsasında onun abonent hesabına cəmi 1023,49 manat borc yazılmışdır. Qeyd edilən dəyərdə işıq istehlak edilməsi mümkünsüzdür. Sayğaca onun tərəfindən müdaxilə olunmayıb. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, aktlar üzrə yazılmış pulu ödəmək imkanı yoxdur. Özü çətinliklə dolanır. Göstərdiklərinə əsasən o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı mənzildə aparılan yoxlama zamanı xx.xx.2020-ci il tarixli akta əsasən elektrik enerjisindən qeydiyyatsız və sayğacsız istifadə etmə, xx.xx.2021-ci il tarixli akta əsasən elektrik sayğacının sındırılması və xx.xx.2024-cü il il tarixli akta əsasən sayğacdan kənar xəttdən istifadə edilməsi faktı aşkarlanmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Qarağac kəndində yerləşən **********00815 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə, üç akt üzrə elektrik enerjisi itkisinə görə cəmi 1023,49 manat borc hesablanmışdır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixli aktlara əsasən enerji itkisinə görə borc cəmi 100 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixli aktları əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə Sabirabad rayonunun Qarağac kənd sakini İddiaçının yaşadığı evin abonent hesabına hesablanmış üç akt üzrə cəmi 1023,49 manat borc məbləğindən 923,49 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 100 manat müəyyən edilməlidir. Aktların etibasrızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktların etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, aktlar aşkar edilmiş qüsurlarla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 208950 saylı, xx.xx.2021-ci il tarixli, 239467 saylı və xx.xx.2024-cü il il tarixli, 000140 saylı aktları əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə hesablanmış üç akt üzrə cəmi 1023,49 manat borc məbləğindən 923,49 manat Sabirabad rayonunun Qarağac kəndində yerləşən evə aid **********00815 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq cəmi 100 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2264/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2264/2024
07.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver