Məhkəmə qərarları › İş №2(056)-2265/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2265/2024

07.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2265/2024 07.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktların etibarsız hesab edilməsi və aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCnin xx.xx.2022-ci il tarixli, 249118 saylı və xx.xx.2024-cü il il tarixli, 324342 saylı aktların etibarsız sayılaraq onların əsasında hesablanmış 1888,14 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən 249118 saylı və xx.xx.2024-cü il tarixdə 324342saylı aktlar tərtib edilmişdir. Bu iki akta görə sayğaca baxış zamanı abonentin kənar xəttdən istifadə etdiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli akt mərhum atasının adına tərtib edilmişdir. Atası isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. O, sayğacda əlavə qoşqu görməmiş, sayğaca hər hansı müdaxilə etməmişdir. Sonradan ona məlum olmuşdur ki, aktlar əsasında onun abonent hesabına cəmi 1888,14 manat borc yazılmışdır. Qeyd edilən dəyərdə işıq istehlak edilməsi mümkünsüzdür. Bundan əlavə, hər ay işıq pulunu da ödəmişdir. Sayğaca onun tərəfindən müdaxilə olunmayıb. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, aktlar üzrə yazılmış pulu ödəmək imkanı yoxdur. Özü yaşlı olmaqla çətinliklə dolanır. Göstərdiklərinə əsasən o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı mənzildə aparılan yoxlama zamanı xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli aktlara əsasən E.E.İ.Q-na uyğun yoxlama apararkən məlum olmuşdur ki, abonent sayğacdan kənar xəttədn istifadə etmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Moranlı kəndində yerləşən **********00451 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə, iki akt üzrə elektrik enerjisi itkisinə görə 662.87 manat və 1180.27 manat olmaqla, cəmi 1843,14 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, X2 xx.xx.2011-ci ildə beyin infarktından vəfat etmişdir. Lakin akt xx.xx.2024-cü il tarixli akt İbişov Nəriman adına tərtib edilmişdir. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli aktlara əsasən enerji itkisinə görə borc cəmi 190 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktları əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə Sabirabad rayonunun Moranlı kənd sakini İddiaçının yaşadığı evin abonent hesabına hesablanmış iki akt üzrə cəmi 1843,14 manat borc məbləğindən 1653,14 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 190 manat müəyyən edilməlidir. Aktların etibasrızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktların etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, aktlar iddiaçının atasının adına deyil, onun yaşadığı abunə hesabı adına olan şəxsin barəsində tərtib edilsə də, aktlar aşkar edilmiş qüsurlarla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 249118 saylı və xx.xx.2024-cü il il tarixli, 324342 saylı aktları əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə hesablanmış iki akt üzrə cəmi 1843,14 manat borc məbləğindən 1653,14 manat Sabirabad rayonunun Moranlı kəndində yerləşən evə aid **********00451 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq cəmi 190 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar