Məhkəmə qərarları › İş №2(056)-2266/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2266/2024

23.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2266/2024 23.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilərək onun əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilərək onun əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 034911 nömrəli aktın etibarsız hesab edilərək akt əsasında hesablanmış 681,72 manat cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Cavad kəndində yaşayır. "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşları ona məxsus sayğaca baxış keçirərkən müəyyən etmişlər ki, sayğacın alt qapatma hürünün yerində deyil, sayğacın giriş-çıxış xətlərinin sıxaclar qutusunda giriş yuvasında birləşdirilərək sxemdən kənarlaşdırılmışdır. Lakin o, sayğaca hər hansı müdaxilə etməmişdir. Sonradan ona məlum olmuşdur ki, akt tərtib olunmuş və akta görə 681,72 manat cərimə tətbiq olunmuşdur. Aktın tərtibindən onun xəbəri olmamış, akt imza üçün ona təqdim edilməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, özü yaşlı olmaqla dolanacağını çətinliklə qarşılayır. Əvvəla, işıq xəttinə hər hansı müdaxilə etməmişdir, etmişdirsə də nəzarətçi hər ay yoxlama həyata keçirmək vəzifəsi daşıdığı üçün ən azı 1 aylıq dövr üzrə ona cərimə yazılmalı idi. Bir aylıq dövrə görə də 681,72 manat dəyərində X2 etməsi absurd haldır. Göstərdiklərinə əsasən o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının adına olan abonent kodu üzrə fərdi yaşayış evində aparılan yoxlama zamanı məlum olmuşdur ki, sayğacdan kənar xəttlə evlər işıqla qidalandırılır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Cavad kəndində İddiaçı adına olan abonent hesablarına X2 qaydalarının pozulmasına dair akt üzrə elektrik enerjisi itkisinə görə 681,72 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, Eminov X1 rayonunun Cavad kəndində yaşayır. “X2 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X2 Qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, 034911 nömrəli akta əsasən enerji itkisinə görə borc 60 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 034911 nömrəli aktı əsasında X2 qaydalarının pozulmasına görə enerji itkisinə görə İddiaçı adına olan **********0067 saylı abonent hesabına ayrılıqda hesablanmış 681,72 manat borc məbləğindən 621,72 manat abunə hesablarından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq hər bir abonent hesabına ayrılıqda 60 manat müəyyən edilməlidir. Aktın etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının akın etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, akt aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 034911 nömrəli aktı əsasında X2 qaydalarının pozulmasına görə İddiaçı adına olan **********0067 saylı abonent hesabına hesablanmış 681,72 manat borc məbləğindən ayrılıqda 621,72 manat abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 60 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar