Məhkəmə qərarları › İş №2(056)-234/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-234/2025

24.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-234/2025 24.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASCnin xx.xx.2024-cü il tarixli, 337936 saylı akt əsasında hesablanmış 1011,94 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Qalaqayın kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birgə yaşayır. "xxxx" ASC-nin Şirvan RTS-nin əməkdaşları ona məxsus sayğaca baxış keçirərkən məlum olmuşdur ki, sayğacın giriş qriflərindən avtomat açara əlavə naqil daşımaqla sayğac sxemdən kənarlaşdırılmaqla elektrik enerjisindən kənar xəttdən istifadə etməsi və xəttdən axan yükün 11A təşkil etməsi müəyyən edilmişdir. Ona və ailə üzvlərinə sayğaca müdaxilə etməsi barədə hər hansı sənəd təqdim etməmişlər. Lakin onun tərəfindən kənar xətt qoşması barədə yazılanlar absurddur. Onun və ailəsi tərəfindən sayğaca hər hansı müdaxilə olmasını sübut edən sənəd onlara təqdim edilməmişdir. Sonradan ona məlum olmuşdur ki, barəsində akt tərtib olunmuş və ona 1011,94 manat borc hesablanmışdır. Həmin borc əsassız yazılmış və hüquqları aşıq-aşkar pozulmuşdur. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Əlavə olaraq bildirir ki, onların sayğacdan ümumiyyətlə anlayışları yoxdur. O, hər ay istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəmişdir. Akt tərtib edilərkən nə o, nə də ailə üzvləri dəvət edilməmişdir. Aktdan da görünür ki, onun heç bir ailə üzvünün aktda imzası yoxdur. Göstərilən məbləğidə elektrik enerjisindən real vəziyyətdə istifadə etməsi də absurdur. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq ayağının sınması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı evdə aparılan yoxlama zamanı xx.xx.2024-cü il tarixli akta əsasən hesabat sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, abonent sayğacın giriş qriflərindən avtomat açara əlavə naqil daşımaqla sayğac sxemdən kənarlaşdırmış, elektrik enerjisindən kənar xəttdən istifadə edir. Xəttdən axan yük 11A təşkil edir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Qalağayın kəndində yerləşən **********8 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə xx.xx.2024-cü il tarixli, 337936 saylı akt üzrə ümumi 822,89 manat borc hesablanmışdır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2024-cü il tarixli, 337936 saylı akta əsasən enerji itkisinə görə borc yazılmış borcun 10%-i həcmində, yəni 101 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 337936 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Qalağayın kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış 1011,94 manat borc məbləğindən 910,94 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq yazılmış borcun 10%-i həcmində, yəni 101 manat müəyyən edilməlidir. Aktın etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktın etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, akt aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 337936 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 1011,94 manat borc məbləğindən 910,94 manat Sabirabad rayonunun Qalağayın kəndində yerləşən evə aid **********8 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq yazılmış borcun 10%-i həcmində, yəni 101 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar