Məhkəmə qərarları › İş №2(056)-2360/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2360/2025

19.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2360/2025 19.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X36 oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qanun üzrə vərəsəlik hüququ haqqında” 06 yanvar 2025-ci il tarixli şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2011-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və o mirasdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə X9 verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ötmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 43.2 kv/m olan fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixdə X9 verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.3897 ha olan torpaq sahəsindən ibarətdir.

2. Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərzasi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı atası mərhum X18 xx.xx.2011-ci il tarixdə vəfat etmiş, onun daimi yaşayış yeri Sabirabad şəhəri, T.Novruzov küçəsi, ev 42 olmuş və vərəsələri X19, X10, X11, X12, X13, X14, X5, X15, X6, İddiaçı, X22, Cavabdeh2 Əlibala oğludur.

3. X1 çıxarışdan görünür ki, X18 ilə X23 xx.xx.1962-ci il tarixdə 20 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar.

4. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03- 16/4-952-2024 saylı arayışdan görünür ki, X18 xx.xx.2011-ci il tarixdə vəfat etmiş, ölüm haqqında xx.xx.2011-ci il tarixli, 183 nömrəli akt qeydi tərtib olunmuşdur.

5. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03- 16-5/4-2765-2024 saylı arayışdan görünür ki, X23 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, ölüm haqqında xx.xx.2003-cü il tarixli, 198 nömrəli akt qeydi tərtib olunmuşdur.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.3897 ha olan torpaq sahəsi X4 xüsusi mülkiyyətində olmuşdur.

7. Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 atası mərhum X18 xx.xx.2011-ci il tarixdə vəfat etmiş, onun daimi yaşayış yeri Sabirabad şəhəri, T.Novruzov küçəsi, ev 42 olmuş və vərəsələri Cavabdeh2 Əlibala oğlu, X6, X11, X16, X22, X17, X7r, Rahilə və Cəmilə vəfat ediblər.

8. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2011-ci ildə Sabirabad şəhəri, T.Novruzov küçəsi, ev 42 ünvanında yaşayan X2 ölmüşdür. Məlikov X8 şəhəri, T.Novruzov küçəsi, ev 42 ünvanında yerləşən torpaq sahəsindən və yaşayış evindən qalmış mirası qəbul etmişdir.

9. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X6 xx.xx.2011-ci ildə vəfat etmiş X2ndan miras qalmış qəbul etməmişdir.

10. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X11 xx.xx.2011-ci ildə vəfat etmiş X2ndan miras qalmış qəbul etməmişdir.

11. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X16 xx.xx.2011-ci ildə vəfat etmiş X2ndan miras qalmış qəbul etməmişdir.

12. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X22 xx.xx.2011-ci ildə vəfat etmiş X2ndan miras qalmış qəbul etməmişdir.

13. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X17 xx.xx.2011-ci ildə vəfat etmiş X2ndan miras qalmış qəbul etməmişdir.

14. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X13 xx.xx.2011-ci ildə vəfat etmiş X2ndan miras qalmış qəbul etməmişdir.

15. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X15 xx.xx.2011-ci ildə vəfat etmiş X2ndan miras qalmış qəbul etməmişdir.

16. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X5 xx.xx.2011-ci ildə vəfat etmiş X2ndan miras qalmış qəbul etməmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yenidən vərəsəlik hüququ haqqında vərəsəlik şəhadətnamələri verilməsindən ötrü Cavabdeh2 Sabirabad Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddianın əsaslarına görə, xx.xx.1966-cı ildə Sabirabad rayonu, Qasımbəyli kəndində anadan olmuşdur. X2, anası isə X23 olmuşdur. X35 xx.xx.2011-ci ildə, anası Hüsnü Məlikova xx.xx.2003-cü ildə vəfat etmişdir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən X2nun qanun üzrə 1-ci növbə vərəsələrindən biridir. Mülki Məcəllənin 1144-cü maddəsinə əsasən vərəsəlik hüququndan məhrum edilməmişdir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən mirasın qəbulundan imtina etməmişdir. 26 noyabr 2021-ci ildə miras qoyanın qanun üzrə vərəsələrindən biri olan qardaşı, hazırki iş üzrə cavabdeh Məlikov X8 RİHB-nın Sabirabad şəhər nümayəndəliiyinə müraciət edərək mərhum X2nun 1-ci növbə qanun üzrə vərəsələrinin siyahısı barədə arayış istəmiş və Sabirabad şəhər nümayəndəliyi həmin tarixdə cavabdehə vərəsələrin siyahısı barədə xx.xx.2021-ci il tarixli, 1101 saylı arayış vermişdir. Həmin siyahıda 2 nəfər vəfat edənlərlə birlikdə 9 nəfərin siyahısı olmuşdur. Lakin onun adı həmin siyahıda ona məlum olmayan səbəbdən göstərilməmişdir. Bundan sonra siyahıda adları olan 1-ci növbə qanun üzrə vərəsələr cavabdehdən başqa hamısı notariusa gedərək miras paydan yazılı formada imtina etmişlər. Bunun nəticəsində 06 yanvar 2025-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən Cavabdeh2 mirasa tam sahiblənmək üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan vərəsəlik şəhadətnaməsi əsasında miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 43,2 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,3897 ha olan həyətyanı torpaq sahəsindən ibarətdir. Qanun üzrə 1-ci növbə vərəsədir. Digər qanun üzrə 1-ci növbə vərəsələr mirasdan imtina etdiklərindən miras pay onunla cavabdeh arasında yarı bölünməlidir. Cavabdeh2 verilmiş xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli və digər qanun üzrə vərəsələrin mirasdan imtinası nəzərə alınmaqla ona və Cavabdeh2 daxil olmaqla 2 nəfər vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir.

b) iddiaya etiraz

19. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

20. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Cavabdeh Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə ərizə təqdim edərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1145. miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1.1. ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. Maddə 1243.2. vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246 (miras açılan zaman qüvvədə olan). vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı: ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. ... Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

27. Hazırki halda iddiaçı Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Cavabdeh2 adına 06 yanvar 2025-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər.

28. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki vərəsəlik münasibəti üzrə miras 2011-ci il tarixdə açıldığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilən normaların tənzimlənməsi bu vərəsəlik münasibətinə şamil olunmur.

29. İş materiallarında olan vərəsəlik işinə dair açılmış notariat icraatından görünür ki, Cavabdeh2 xx.xx.2011-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə notariat ofisinə ərizə ilə müraciət etmiş və notariat ofisi tərəfindən onun adına vərəsəlik şəhadətnamələri verilmişdir. İddiaçı mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etməyərək bununla bağlı iradə ifadəsini bildirməmişlər.

30. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı atasının ölümündən xəbərdar olmuş, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişlər. Miras qoyan X18 vəfat edən zaman iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı notariat ofisinə hər hansı ərizə verilməmişdir. Bundan başqa, miras qoyan X18 vəfat etdikdən sonra iddiaçı miras əmlaka daxil olan əmlaklara faktiki sahibliyi həyata keçirməmişdir. Miras əmlaka daxil olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.3897 ha olan torpaq sahəsində paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 yaşayır. İddiaçı başqa ünvanda yaşayır.

31. Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə etməsi prosesində yaranır. Nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. Vərəsələr tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, onlar miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin iddiaçı tərəfindən miras qoyan X4 ölümündən sonra miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi ilə əlaqədar hər hansı bir tədbir görülməmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən mirası qəbul etmək üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Miras qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı mirası qəbul etmə hüququnu itirmişlər.

32. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı maneə mövcud olmamış, lakin miras əmlakın əldə edilməsinə yönələn hərəkət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə edilən miras əmlak cavabdehin adına rəsmiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir.

33. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, miras qalmış əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakı qeyriformal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən miras əmlakları heç faktiki olaraq da qəbul edilməmişdir.

34. Bundan başqa məhkəmə qeyd edi ki, mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir.

35. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

36. Məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən və bununla əlaqədar həyata keçirilməli olan hərəkətlər iddiaçı tərəfindən edilmədiyindən, iddiaçının mirası rəsmi, yaxud faktiki qəbul etməsi öz təsdiqini tapmadığından, beləliklə də miras əmlak üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən hər hansı qanun pozuntusuna yol verilməsi və onun etibarsız hesab edilməsi üçün heç bir hal müəyyən olunmadığından, iddia tələbləri əsassızdır və təmin edilə bilməz.

37. Odur ki, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad edilən hallar sübut edilmədiyindən iddia rədd edilməlidir.

38. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırkı iddia rədd edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində də iddia tələbi əsaslı deyil.

39. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı cavabdehlər Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar