Məhkəmə qərarları › İş №2(056)-2373/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2373/2025

14.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2373/2025 14.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış cərimə borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azərişıq” ASC-yə qarşı “akt əsasında hesablanmış cərimə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 313777 saylı və xx.xx.2025-ci il tarixli 374849 saylı aktlar əsasında hesablanmış 2279,46 manat cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonu Həşimxanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh-nin Sabirabad rayon əməkdaşları ona məxsus sayğaca müxtəlif vaxtlarda baxış keçirən zaman məlum olmuşdur ki, guya onun tərəfindən kənar xəttədən istifadə edilmişdir.İddiaçı sayğaca heç bir müdaxilə etmədiyini və kənar xətdən istifadə etmədiyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, barəsində "xxxx" ASC aktlar tərtib olunmuş və o, 2279.46 manat cərimə olunmuşdur. İddiaçı əsassız olaraq cərimələndiyini, hüquqlarının açıq-aşkar pozulduğunu və qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etdiyini bildirsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Əlavə olaraq bildirmişdir ki, onun ümumiyyətlə sayğacdan anlayışı yoxdur, hər ay istifadə etdiyi enerji pulunu vaxtı-vaxtında ödəyir. Aktlar tərtib edilərkən onun, nədəki ailə üzvlərinin xəbəri olmamışdır. Aktlardan da görünür ki, nə onun, nə də ailə üzvlərinin imzası yoxdur. Aktdakı cərimə məbləği ağlabatan deyil, çünki, elektrik enerjisindən sərfiyyatı abonentin saldosundan göründüyü kimi vaxtı-vaxtında ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, ona gələn elektirik enerjisinə olan 2279,46 manat cərimə borcundan ödənişlər etdiyi üçün silinmiş və hər iki akt üzrə ümumilikdə 1770 manat cərimə isə hal hazırda onun adında qalmışdır. Cərimənin çox şişirdildiyini, ağlabatan olmadığını, heç zaman kənar xətdən istifadə etmədiyini, çox zaman həmin evdə olmadıqlarını, həftə sonlarını digər rayonda çalışan oğlunun yanında keçirdiklərini və buna görə də həmin cərimənin silinməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin numayəndəsi Elşad Quliyev məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü və xx.xx.2025-ci il tarixlərdə abonentə məxsus yaşayış evinə baxış keçirilərkən onun kənar xətdən istifadə etdiyini, buna görədə də 313777 saylı akta əsasən 110,41 manat və 374849 saylı akta əsasən isə 2285,85 manat cərimə hesablanmışdır. Sonradan abonent həmin cərimə məbləğindən 626,26 manat ödəniş etmiş, 1770 manat cərimə isə ödənilməmişdir.Bu səbəbdən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri (tərəfindən iddiaçıya aid sayğacı yoxlama zamanı xx.xx.2023-cü il tarixli, 313777 saylı və xx.xx.2025-ci il tarixli 374849 saylı aktlara əsasən hesabat sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, sayğaca müdaxilə edilmiş və kənar xətdən istifadə olunmuşdur. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad şəhəri Vidadi küçəsində yerləşən **********00303 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli, 313777 saylı və xx.xx.2025-ci il tarixli 374849 saylı aktlara əsasən ümumi 2279.46 manat cərimə hesablanmışdır. “X1 Qaydalan”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir «X1 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən, məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, 313777 saylı və xx.xx.2025-ci il tarixli 374849 saylı aktlar əsasında hesablanmış 2279,46 manat cərimə məbləğinin ağlabatan olmadığını və əsassız hesablandığından silinməlidir Lakin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla iddia tələbi qismən təmin edilərək qalan 1770 manat cərimə borcu silinməlidir. Bununla da İddiaçı xx.xx.2023-cü il tarixli, 313777 saylı və xx.xx.2025-ci il tarixli, 374849 saylı aktlar əsasında hesablanmış cərimənin əsassız və ağlabatan olmadığını mübahisələndirərək, o tələbinin əsası kimi istinad etdiyi halı, yəni qeyd olunan fərdi yaşayış evində kənar X1 olunmamasını məhkəmədə sübut edə bilmiş, cavabdeh isə sayğaca müdaxilə olunmasını, eyni zamanda itirilmiş enrjiyə görə vəsaitin hesablanması qaydasını təsdiq edən hər hansı bir mötəbər subutunu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikasının Mülki Prosessuat Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 313777 saylı və xx.xx.2025-ci il tarixli 374849 saylı aktlara əsasən hesablanmış 1770 manat cərimə borcu İddiaçı **********00303 saylı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar