Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2419/2024 06.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh ASC-nə qarşı «Aktın etibarsız hesab edilməsi və hesablanmış cərimə borcunun silinməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 518,40 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu Həşimxanlı kəndində pasport qeydiyyatında olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Qaz sayğacı onun adına qeydə alınmışdır. Onun iştirakı olmadan Cavabdeh ASC-nin Sabirabad rayon qaz idarəsinin əməkdaşları onun evində quraşdırılan sayğaca baxış keçirmişlər və baxış zamanı sayğacın element yuvasının qapağının ətrafında fiziki təsir izi aşkar etmişlər. Sonra isə həmin qusurlu sayğacı yeni sayğacla əvəz edərək ona məlumat verməmiş çıxıb getmişlər. Daha sonra isə Cavabdeh ASC-nin Sabirabad rayon əməkdaşları onun evinə gələrək onun qaza 518,40 manat borcunun olduğunu demişlər. Onun və ailə üzvlərinin tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh təşkilat Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindan görünür ki, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə istehlakçı X2 yaşadığı Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz (abonent kodu: **********04380) sayğacına baxış keçirilmişdir. Baxış zamanı qaz sayğacının hesablabma mexanizminin qoruyucu örtüyünün plastmas qapağının üzərindəki qulaqcığın qırıq olması müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh İB-nin Salyan Regional Qİİ tərəfindən tərtib edilmiş 20 may 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, 14 may 2024-cü il tarixli, 0585 saylı akta əsasən isteklahçı X2 (abonent kodu: **********04380) Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün plastmas qapağının üzərindəki qulaqcıq qırıqdır. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu. Sayğac istismara yararsızdır. xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında dəymiş ziaynın həcmi hesablanmış və qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. Dəymiş ziyan 4x12x90=4320 m3 qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli 180 nömrəli qərarının 2.12-ci bəndində əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»ın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, Sabirabad rayonu Həşimxanlı kəndində yaşayan iddiaçı X2 fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına Cavabdeh İstesalat Birliyi əməkdaşları tərəfindən baxış keçirilən zamanı sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün plastmas qapağının üzərindəki qulaqcığın qırılması, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında dəymiş ziaynın həcmi hesablanmış və qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün (4x12x90=4320 m3 qaz sərfiyyatı) hesablanmışdır. X1 xx.xx.2024-cü il tarixli ******* saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı (tərtib edilmiş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»na riayət olunmamaqla tərtib edilməsini) məhkəmədə sübut edə bilməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, məhkəmə iclasında Cavabdeh İstesalat Birliyinin nümayəndəsi xx.xx.2024-cü il tarixli ******* saylı aktın əsaslı olmasını sübut edə bilsə də, itirilmiş qazın bərpası üzrə vurulmuş ziyanın 4320 m3 olmasını məhkəmədə sübut edə bilməmişdir. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun; 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X6 Reyestrinə daxil edilməsidir. 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2-ci maddəsinə əsasəb bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X6 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması» X4 Dövlət Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qaydaların müddəaları iddiaçı üçün məcburi xarakter daşımır. İşin fakitiki hallarından görünür ki, iddiaçının evində yerləşən məişət əşyalarının istifadəsi üçün sərf edilməli olan təbii qazla bağlı qeyd edilənlər də, subyektiv fikirlərdir. Belə ki, həmin əşyaların hamısının qış vaxtı və s. vaxtlarda mütəmadi olaraq işləməsi, yaxud hərdən bir işlədilməsi, həmin əşyaların hansı intensivlikdə istifadə olunması, iddiaçının 2024-cü ilin may ayına qədər təbii qazdan istifadə görə 90 günə hesablanmış 4320 m3 sərfiyyatı nəzərə almadan yenidən mübahisələndirilən akta əlavə etməklə ümumilikdə itirilmiş qazın bərpası üzrə 4320 m3 hesablanmasının əsaslı olması barədə cavabdeh tərəfindən təqdim olunan sübut məhkəmədə öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh İB tələbkarın istifadə etdiyi qaza görə 90 gün müddətində cərimə hesablaması əsassızdır. Məhkəmə itirilmiş qazın dəyərinin hesablanmasını aşağıdakı kimi, hesablanmasını əsaslı hesab edir: 4x6x30x0,12= 86,40 manat olmalıdır. Beləliklə məhkəmə işin hallarını həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, Cavabdeh İstesalat Birliyinin xx.xx.2024-cü il tarixli ******* saylı aktı əsasında X2 evində işlətdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi hesablanmış 518,40 manat cərimə itirilmiş qazın dəyərinə görə 86,40 manat hesablanmalıdır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 5.2-ci bəndinə əsasən hesabat sayğac göstəricisinin sonuncu dəfə çıxarıldığı gündən pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 1 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydada istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı X2 Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında X2 evində istifadə etdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi cərimə 86,40 manat hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında X2 adına hesablanmış cərimə məbləği 30 gün üzrə gündəlik 6 saat hesabı ilə hesablansın və cərimə məbləği azaldılaraq 86 (səksən altı) manat 40 (qırx) qəpik müəyyən edilsin (4x6x30x0,12= 86,40). İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(056)-2419/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2419/2024
06.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver