Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2420/2025 02.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktlar üzrə hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, Rİ 183895 saylı, xx.xx.2021-ci il tarixli, Rİ 217109 saylı, xx.xx.2024-cü il tarixli, Rİ 331498 saylı və xx.xx.2024-cii il tarixli, Rİ359360 saylı aktlar əsasında hesablanmış 1046.19 (min qırx altı manat, on doqquz qəpik) manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İş icraata qəbul edilmiş, məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
3. Məhkəmənin hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 170.1. bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
Məhkəmənin mövqeyi
5. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri və iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
6. Belə ki, iddiaçı tərəf iddia ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
7. Odur ki, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
8. Göstərilənlərə əsasən və MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktlar üzrə hesablanmış cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Cavid Cəfərov