Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-246/2023 23.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçınun - cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə xx.xx.2023-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, Rİ 228949 saylı və xx.xx.2021-ci il tarixli, Rİ 239064 saylı aktlarının etibarsız hesab edilməsi və aktlar üzrə hesablanmış cəmi 784,42 AZN borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında pasport qeydiyyatında olmaqla ailəsi ilə birlikdə həmin kənddə yaşayır. "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşlarının ona məxsus olan sayğaca baxış keçirərkən sayğacdan kənar xəttdən istifadə etməsi müəyyən edilmişdir. Sonradan ona məlum olmuşdur ki, bu barədə akt tərtib edilmiş və o, iki akt üzrə cəmi 784,42 manat cərimə olunmuşdur. Hesab edir ki, əsassız olaraq cərimələnmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib əlavə olaraq göstərdi ki, sayğacda qüsur yaranmış və bunun nəticəsində xətt kəsilmişdir. Buna görə də o, təxminən bir həftə müddətinə müvvəqəti olaraq sayğacdan kənar xətdən istifadə etmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh təşkilat "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı mənzildə aparılan yoxlama zamanı xx.xx.2021-ci il tarixli Rİ 228949 saylı və xx.xx.2021-ci il tarixli, Rİ 239064 saylı akta əsasən E.E.İ.Qna uyğun yoxlama aprarkən məlum olmuşdur ki, abonent elektrik enerjisindən sayğacdan kənar xəttdən istifadə etmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, İddiaçı tərəfindən X1 qaydalarının pozulmasına görə, ona elektrik enerjisi itkisinə görə xx.xx.2021-ci il tarixli Rİ 228949 saylı akt üzrə 549,42 manat və xx.xx.2021-ci il tarixli, Rİ 239064 saylı akt üzrə 235 manat, cəmi 784,42 AZN borc hesablanmışdır. İş materiallarından görünür ki, İddiaçı həqiqətən də ünvan 1i ünvanında yaşayır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Cavabdeh təşkilat iddiaçının uzun müddət sayğacdan kənar xətt istifadə etməsi hallarına əsaslansa da, həmin halları təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Lakin iddiaçı bir həftə müddətinə sayğacdan kənar xəttdən istifadə etdiyini etiraf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, bir aylıq dövr üçün hesablanmış cərimə məbləği abunəçinin hesabında saxlanılmalı və qalan məbləğ iddiaçının abunə hesabından silinməlidir. İstinad olunan 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2021ci il tarixli Rİ 228949 saylı və xx.xx.2021-ci il tarixli, Rİ 239064 saylı aktlara əsasən enerji itkisinə görə borc cəmi 150 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli Rİ 228949 saylı və xx.xx.2021-ci il tarixli, Rİ 239064 saylı aktları əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə ünvan 1i ünvanında yerləşən evin sakini İddiaçı hesablanmış cəmi 784,42 AZN borcun məbləği azaldılaraq, 150 AZN məbləğində müəyyən olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli Rİ 228949 saylı və xx.xx.2021-ci il tarixli, Rİ 239064 saylı aktları əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə ünvan 1i ünvanında yerləşən evin sakini İddiaçı hesablanmış cəmi 784,42 AZN borcun məbləği azaldılaraq 150 (bir yüz əlli manat) AZN məbləğində müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-246/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-246/2023
23.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver