Məhkəmə qərarları › İş №2(056)-2531/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2531/2025

27.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2531/2025 27.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş "xxxx" ASCnin xx.xx.2025-ci il tarixli, 392421 saylı akt əsasında hesablanmış 1192,95 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Sabirabad rayonu, Nərimankənd kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Sayğac mərhum anası X1 adına qeyd edilmişdir. Sayğaca dair heç bir pozuntu hallarına yol verməmişdir. Belə ki, "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşları sayğaca baxış keçirərkən sayğacdan kənar xətdən istifadə etməsi müəyyən olunmuşdur. Lakin onun tərəfindən kənar xətt qoşması barədə yazılanlar aburddur. Sonradan məlum olmuşdur ki, barəsində akt tərtib olunmuş və 1192,95 manat cərimə olunmuşdur. O, əsassız olaraq cərimə edilmişdir. Ona görə də hüquqları açıqaşkar pozulmuşdur. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, orada ona məhkəməyə müraciət etməsini bildirmişlər. Əlavə olaraq bildirir ki, onların ümumiyyətlə sayğacdan anlayışları yoxdur. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtında ödəyir. Aktdan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, aktda əsassız qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Çünki, elektrik enerjisindən sərfiyyatı abonentin saldosundan göründüyü kimi vaxtı-vaxtında ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək və əlavə olaraq bildirdi ki, o, talessemiya xəstəsidir. Xəstəliyi ilə əlaqədar o, iyul ayında Bakı şəhərində olmuş və evdə heç kim olmamışdır. Qayıtdıqdan sonra akt tərtib edilməsini öyrənmişdir. Oğlu cavabdeh təşkilatın əməkdaşları ilə aktın tərtib edilməsinin səbəbi barədə söhbət etmiş, ona bildirmişlər ki, qanunsuz yeraltı xətt çəkərək həmin xəttdən istifadə etmişlər. O, bundan sonra həmin xəttin aşkarlanması ilə əlaqədar video və foto çəkiliş tələb etmiş, lakin ona belə bir sənəd təqdim edilə bilinməmişdir. Həm sağlamlıq, həm də maddi vəziyyəti ağırdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən xx.xx.2025-ci il tarixdə abonentin elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar xətdən istifadə etməsi faktı aşkarlanmış və NİM 000220 saylı akt tərtib edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Nərimankənd kəndində yerləşən **********00302 saylı abonent hesabına X4 qaydalarının pozulmasına görə xx.xx.2025-ci il tarixli, R 392421 saylı akt tərtib edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, Sabirabad rayonunun Nərimankənd kəndində yerləşən **********00302 saylı abonent hesabına X4 qaydalarının pozulmasına görə xx.xx.2025-ci il tarixli, R 392421 saylı akt üzrə elektrik enerjisi itkisinə görə 1192,35 manat borc hesablanmışdır İş materiallarında olan AZ-İ 841566 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci ildə yeni törəmələr səbəbindən vəfat etmişdir. İş materiallarında olan AZ ******* seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı anası X2rİş materi “X4 Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların tələblərinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçının mərhum anası barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X4 Qaydalarının pozulması barədə xx.xx.2025-ci saylı akta əsasən borc yazılmış borcun 10%-i həcmində, yəni 119 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2025-ci saylı aktı əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Nərimankənd kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış 1192,35 manat borc məbləğindən 1073,35 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 119 manat müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, R 392421 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 1192,35 manat borc məbləğindən 1073,35 manat Sabirabad rayonunun Nərimankənd kəndində yerləşən evə aid **********00302 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 119 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar