Məhkəmə qərarları › İş №2(056)-2559/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2559/2025

25.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2559/2025 25.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 ibrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın ləğv edilməsi və hesablanmış 1694,27 manat borcun silinməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın ləğv edilməsi və hesablanmış 1694,27 manat borcun silinməsi» tələbi barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilən 06 avqust 2025-ci il tarixli, 374850 saylı AKT-ın ləğv edilməsi və həmin AKT–a dair hesablanmış 1694,27 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra işə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclası xx.xx.2025-ci il tarixə Sabirabad Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər qeyd olunan tarixlərdə keçirilmiş məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmağı xahiş etməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən məhkəmə tərəflərə izah edir ki, iddiaçının baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər və ya məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmlərinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqda sübutlar təqdim etdikdə, bu Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə öz qərardadını ləğv edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın ləğv edilməsi və hesablanmış 1694,27 manat borcun silinməsi» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar