Məhkəmə qərarları › İş №2(056)-2560/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2560/2024

18.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2560/2024 18.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 337932 saylı akt əsasında hesablanmış 829,53 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Cavad kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin kənddə yaşayır. Yaşadığı evə məxsus elektrik sayğacı atası X2 adına qeyd edilmişdir. X4 xx.xx.2011-ci ildə vəfat etmiş, bundan istifadə edilərək akt mərhum atasının adına yazılmışdır. O, heç vaxt sayğaca əlavə xətt qoşmamışdır və bunun cidd nöqsan olduğunu bilir. Onun iştirakı olmadan cavabdeh təşkilatın əməkdaşları sayğaca gəlib baxış keçirmiş və əlavə xəttdən istifadə olunmasına dair akt tərtib etmişlər. Bu faktdan onun xəbəri olmamışdır. Hər ay istifadə etdikləri elektrik enerjisinin dəyərini ödəyirlər. Sonradan ona məlum olmuşdur ki, akt əsasında onun abonent hesabına 829,53 manat borc yazılmışdır. Qeyd edilən dəyərdə işıq istehlak edilməsi mümkünsüzdür. Sayğaca onun tərəfindən müdaxilə olunmayıb. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, akt üzrə yazılmış pulu ödəmək imkanı yoxdur. Özü çətinliklə dolanır. Onun yaşadığı evin sahəsi cəmi 45 kv.m-dir. O, cavabdeh təşkilata akt ona məlum olandan sonra müraciət etmiş, bundan sonra ona “0”la fazanın yerinin səhv qoşulduğu, yazılmış cəriməni silmək səlahiyyətlərinin olmadığı, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Səhv onun olmadığı üçün o, məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı evdə aparılan yoxlama zamanı xx.xx.2024-cü il tarixli akta əsasən sayğacdan kənar xəttdən istifadə edilməsi faktı aşkarlanmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Cavad kəndində yerləşən **********00129 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə, xx.xx.2024-cü il tarixli, 337932 saylı akt üzrə elektrik enerjisi itkisinə görə 829,53 manat borc hesablanmışdır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2024-cü il tarixli, 337932 saylı akta əsasən enerji itkisinə görə borc 80 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 337932 saylı aktı əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə Sabirabad rayonunun Cavad kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış 829,53 manat borc məbləğindən 749,53 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 80 manat müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 337932 saylı aktı əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə hesablanmış 829,53 manat borc məbləğindən 749,53 manat Sabirabad rayonunun Cavad kəndində yerləşən evə aid **********00129 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 80 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar