Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2592/2024 25.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 012227 saylı və xx.xx.2021-ci il tarixli, 228953 saylı akt əsasında hesablanmış cəmi 583 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Mürsəlli kəndində qeydiyyatda olsa da, həmin ünvanda qardaşı və bacısı yaşayır. Onlar xəstə olduğu üçün onlara o, baxır. **********00161 saylı abonent kodu mərhum atası X2 adına rəsmiləşdirilmişdir. Atası xx.xx.2018-ci ildə beyin insultundan vəfat etmişdir. Atası vəfat edəndən bir müddət sonra cavabdeh təşkilatın Sabirabad rayon əməkdaşlarının rəhmətlik atasına məxsus olan sayğaca xx.xx.2018-ci ildə baxış keçirərkən məlum olmuşdur ki, sayğacın dövlət və alt qapaq möhürlərində müdaxilə izləri vardır. Sonradan yenə xx.xx.2011-ci ildə baxış keçirərkən isə sayğacın hesablama mexanizminin dayanması aşkarlanmışdır. Lakin o, sayğacda heç bir zaman heç nə görməmiş, nə də sayğaca müdaxilə etməmişdir. Sonradan məlum olmuşdur ki, həmin aktlara əsasən 583 manat borc hesablanmışdır. O, bununla bağlı cavabdeh təşkilata müraciət etdikdə məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Hər ay istifadə edilən elektrik enerjisinin dəyərini o, vaxıtnda ödəmişdir. Qeyd edilən dəyərdə işıq istehlak edilməsi mümkünsüzdür. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, onun **********00161 saylı abonent kodu olan evdə yaşayan bacı və qardaşı əqli və fiziki xəstədirlər. Onlar heç lampa bağlamağı belə bacarmırlar. Sayğacın möhüründəki izlər və hesablama mexanizminin dayanması ilə onların heç bir əlaqəsi ola bilməz. Onlar heç sayğacın yerini belə bilmirlər. İndiyədək o, heç bir ildə həmin evin elektrik enerjisi istehlakına görə cəmi 583 manat ödəniş etməmişdir. Göstərdiklərinə əsasən o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı evdə aparılan yoxlama zamanı xx.xx.2018-ci il tarixli, 012227 saylı akta əsasən sayğacın dövlət və alt qapaq möhürlərində müdaxilə izlərinin olması, xx.xx.2021-ci il tarixli, 228953 saylı akta əsasən isə sayğacın hesablama mexanizminin dayanması faktı aşkarlanmışdır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Mürsəlli kəndində yerləşən **********00161 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə, xx.xx.2018-ci il tarixli, 012227 saylı və xx.xx.2021-ci il tarixli, 228953 saylı aktlar üzrə elektrik enerjisi itkisinə görə cəmi 583 manat borc hesablanmışdır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2018-ci il tarixli, 012227 saylı və xx.xx.2021-ci il tarixli, 228953 saylı aktlara əsasən enerji itkisinə görə borc 50 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 012227 saylı və xx.xx.2021-ci il tarixli, 228953 saylı aktları əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə **********00129 saylı abunə hesabına hesablanmış 853 manat borc məbləğindən 803 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 50 manat müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli, 012227 saylı və xx.xx.2021-ci il tarixli, 228953 saylı aktları əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə hesablanmış 853 manat borc məbləğindən 803 manat Sabirabad rayonunun Cavad kəndində yerləşən evə aid **********00129 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 50 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2592/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2592/2024
25.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver