Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2702/2025 12.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, Ərizəçi maraqlı şəxslər Sabirabad rayonu Qəyyumluq və Himayəçilik orqanı və Sabirabad Mərkəzi Rayon Xəstəxanası göstərilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi maraqlı şəxslər Sabirabad rayonu Qəyyumluq və Himayəçilik orqanı və Sabirabad Mərkəzi Rayon Xəstəxanası göstərilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən edildi ki, ərizə ilə şəxsiyyət vəsiqəsində olan imzalar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu hal ərizənin səlahiyyətli olmayan şəxs (şəxslər) tərəfindən imzalanması qənaətinə gəlməyə əsas verir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edildi ki, iddia ərizəsində iki maraqlı şəxs göstərilmiş olsa da, ərizəyə onun surətləri əlavə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 150.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinə cavabdehlərin və ya üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxslər Sabirabad rayonu Qəyyumluq və Himayəçilik orqanı və Sabirabad Mərkəzi Rayon Xəstəxanası göstərilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2702/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2702/2025
12.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver