Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2784/2025 18.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə (Sabirabad rayon Qəyyumluq və Himayəçilik Komissiyasının, həmçinin “Maraqlı şəxs2 maraqlı şəxs kimi qeyd edildiyi ərizəsinə dair mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Sabirabad rayon İcra Hakimiyyətinin və Maraqlı şəxs2 maraqlı şəxs kimi qeyd edildiyi) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi və onun qızı olan xx.xx.2007-ci il təvəllüdlü X1 üzərində qəyyum kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, fiziki qüsurlarına görə haqqında ərizə verilən şəxs xx.xx.2007-ci ildə anadan olmuş X3 onun qızıdır. Qızı anadangəlmə qüsurludur. Qızı «G80.0 kvadroplegik spastik serebral iflic» diaqnozu ilə müəyyən edilmiş 1-ci dərəcəli əlildir. Öz hərəkətlərini ölçüb-biçə bilmir və başqasının qulluğuna ehtiyacı vardır, o, hərəkətlərinə nəzarət edə bilmədiyindən daima nəzarət altında olmalıdır. Zəhra psixi qüsurlarına görə hərəkətlərinin mənasını ölçüb biçmək iqtidarında olmadığından bütün məsələləri o, özü həll elməyə məcbur olur. Bundan başqa ona daim qulluq edir. Bütün tələbatlarını ödəyir. Faktiki olaraq qəyyumu kimi fəaliyyət göstərir. Göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxslər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X1 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə psixiatriya ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli 3666 saylı rəyindən görünür ki, X2 ağır dərəcəli əqli gerilik müəyyən edilir. X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməyə kifayət qədər əsasları var. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil buna görə də, onun tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Ona görə də ərizə əsaslı olmaqla təmin edilməli, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 321.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2007-ci il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2784/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2784/2025
18.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver