Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2814/2024 09.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «aktın etibarsız hesab edilərək onun əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı «aktın ləğv edilərək onun əsasında hesablanmış debitor borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilərək onun əsasında hesablanmış 388.80 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, akt onun nənəsi X1 adına tərtib edilmiş, nənəsi xx.xx.2012-ci ildə vəfat etmişdir. O, aktda qeryd edilən ünvanda yaşayır. Hüquq və fəaliyyət qabiliyyəti olmayan şəxs barəsində ölümündən sonra akt tərtib etmək həmin aktın etibarsızlığına səbəb olur. Digər tərəfdən, aktda qeyd olunanlar əsassızdır. Bu elektrik xətti deyil ki, sayğacdan kənar əlavə xətt olsun. Sayğacdan kənar əlavə boru çəkmək üçün ixtisaslı usta, qaynaq aparatı tələb olunur. Sayğac və boru xətti küçədə olduğundan belə hal olarsa fizlətmək mümkün deyil. Çünki nəzarətçi mütəmadi olaraq sərfiyyatla bağlı sayğaca baxış keçirir. Əgər qaz xəttindən kənar əlavə xətt çəkilərsə bunu mütləq nəzarətçi görməlidir. O, sayğacda göstərilən sərfiyyata görə öhdəliklərini vaxtında yerinə yetirmişdir. Bu hal işə əlavə edilmiş abonent saldosunda Əksini tapmışdır. Sayğac küçədə quraşdırılmışdır. Qaz nəzarətçiləri demək olar ki, bir neçə gündən bir sayğaclara baxış keçirirlər və əgər sayğacda problem, xəsarət və s. varsa dərhal xəbər verməlidirlər. Belə olan halda 3240 kum.m sərfiyyat yazılması əsassız hesab edilməlidir. Akt tərtibində hal şahidləri iştirak etməmişdir. Digər tərəfdən sayğac həyətində yox, kənarda quraşdırılmışdır. Sayğac küçədə quraşdırılarsa məişət abonenti yox, subabonent (yəni QİS) məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh təşkilat Cavabdeh ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı İddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından (abonent kodu: **********00980) kənar xətt çəkilərək təbii qazdan qanunsuz istifadə edilir. İşdə olan dəymiş ziyanın bərpa olunmasına dair tələbnamədən görünür ki, xx.xx.2024cü il tarixli, ******* saylı akt üzrə 1,5x12x180=3240 kub.m ziyan həcmi hesablanmışdır. Məhkəmə, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına Cavabdeh İstesalat Birliyi əməkdaşları tərəfindən baxış keçirilən zamanı sayğacdan kənar xətt çəkilərək təbii qazdan qanunsuz istifadə edilməsi aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Salyan RQİİ-nə göndərilmiş, Salyan RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə 90 günə İddiaçı 3240 m3 vurulmuş ziyan hesablanmış və həmin ziyana görə Sabirabad XS-nin abonent bazasında iddiaçının adına olan abonentin saldosuna 388,80 manat borc yazılmışdır. İddiaçı sonradan xx.xx.2024-cü il tarixli, ******* saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı (tərtib edilmiş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»na riayət olunmamaqla tərtib edilməsini) məhkəmədə sübut edə bilməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, xx.xx.2024-cü il tarixli, ******* saylı aktın əsaslı olması (aşkar edilmiş kənar xətt çəkilməsi faktı) sübut edilsə də, itirilmiş qazın bərpası üzrə vurulmuş ziyanın 3240 m3 olması məhkəmədə sübut edilməmişdir. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun; 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X5 Reyestrinə daxil edilməsidir. 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2-ci maddəsinə əsasəb bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X5 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması» X3 Dövlət Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qaydaların müddəaları iddiaçı üçün məcburi xarakter daşımır. Məhkəmə hesab edir ki, Cavabdeh İB tələbkarın istifadə etdiyi qaza görə 90 gün müddətində cərimə hesablaması əsassızdır. Məhkəmə itirilmiş qazın dəyərinin aşağıdakı kimi hesablanmasını əsaslı hesab edir: 1.5x12x30=540 m3 olmaqla cərimə məbləği 540 m3 x 0,12 manat = 64,80 manat olmalıdır. Beləliklə, məhkəmə işin hallarını, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, Cavabdeh İstesalat Birliyinin xx.xx.2024-cü il tarixli, ******* saylı aktı əsasında İddiaçı yol verdiyi qaz itkisinə görə təbii qazın dəyəri kimi hesablanmış 388,80 manat məbləğ itirilmiş qazın dəyərinə görə 64,80 manat hesablanmalıdır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 5.2-ci bəndinə əsasən hesabat sayğac göstəricisinin sonuncu dəfə çıxarıldığı gündən pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 1 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydada istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçının Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı evində istifadə etdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi cərimə 64,80 manat hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı evində işlətdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi cərimə 64,80 (altmış dörd manat səksən qəpik) manat hesablansın və qalan məbləğ onun abunə hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada əldə edildiyi vaxtdan 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(056)-2814/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2814/2024
09.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver