Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2822/2025 06.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “AKT əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “AKT əsasında hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli 374851 nömrəli AKT əsasında hesablanmış 1641 AZN borcun onun abunə hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu, Axtaçı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun güya ki, yaşadığı evə xidmət edən sayğacdan kənar xəttdən istifadə etdiyi səbəb gətirilərək əsassız olaraq xx.xx.2025-ci il tarixli 374851 nömrəli AKT tərtib edilmişdir. Belə ki, AKT-da qeyd olunub ki, güya ki "Azərişıq” ASC-nin Sabirabad rayon əməkdaşlarının ona məxsus olan ayrı vaxtlarda sayğaca baxış keçirərkən məlum olmuşdur ki, kənar xəttədən istifadə edilməsi müəyyən edilmişdir. Halbuki sayğaca baxış keçirərkən ona məlumat verilməyib, o, sayğacda heç nə görməmiş, heç bir müdaxilə etməmişdir. Sonradan məlum olmuşdur ki, barəsində tərtib olunmuş AKT əsasında 1641 manat borc hesablanıbdır. Hesab edir ki, ona qarşı qanunsuz hərəkətlər nəticəsində hüquqları pozulubdur. Əlavə olaraq bildirir ki, o, hər ay istifadə etdiyi enerji pulunu vaxtı-vaxtında ödəyir. Aktın tərtib edilməsində nə o, nədəki ailə üzvləri rəsmi və ya şifahi dəvət olunmamışlar, aktdan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, aktda əsassız qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Çünki, elektrik enerjisinin sərfiyyatı abonentin saldosundan göründüyü kimi vaxtı-vaxtında ödənilmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahtını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 374851№-li AKTdan, Texniki sahələr üzrə Tələblər və abunə haqqında arayışdan görünür ki, istehlakçı İddiaçı məxsus Sabirabad rayonu, Axtaçı kəndində yerləşən evdə elektrik enerjisi uçotu və X1 Qaydalarına riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar xəttdən istifadə etməsi səbəb kimi qeyd edilərək xx.xx.2025-ci il tarixli 374851 nömrəli AKT tərtib edilmiş və həmin AKT əsasında sayğacdan kənar xəttdən 365 gün müddətində istifadə edilməsinə görə 1641 AZN borc hesablanmışdır. X1 Qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü 1 (bir) aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü 1 (bir) aydan artıq olmamalıdır. Ona görə də, iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə aktda qeyd olunduğu kimi “sayğacdan kənar xəttdən istifadə etməsi” qüsura görə enerji itkisi 365 gün üçün deyil, məhz 30 gün üçün hesablanmalıdır. Yuxarıda istinad olunan normativ aktlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC tərəfindən tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2025-ci il tarixli 374851 nömrəli AKT əsasında elektrik enerjisinin uçotunun pozulduğu dövr üzrə elektrik enerjisinin itkisinə görə hesablanmış 1641 AZN borc məbləği azaldılaraq azaldılaraq, enerji itkisi 30 gün üçün hesablanmaqla (1641:12) 136.75 AZN məbləğində müəyyən edilməlidir. MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz deyil, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Sabirabad rayonu, Axtaçı kəndində yerləşən evində X1 qaydalarının pozulmasına dair "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 374851№-li AKTı əsasında hesablanmış 1641 AZN borc məbləği azaldılaraq 136.75 AZN müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2822/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2822/2025
06.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver