Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2874/2025 22.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 Mirfazil oğlunun və Sabirabad regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı - cavabdehlər Cavabdeh2 Mirfazil oğluna və Sabirabad regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “vəsiyyətnamənin ləğv edilməsi” tələbi barədə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh2 Mirfazil oğluna və Sabirabad regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “vəsiyyətnamənin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X6 tərəfindən Cavabdeh2 Mirfail oğlunun adına 02 mart 2025-ci il tarixdə Sabirabad Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisində yazılmış vəsiyyətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, dayısı xx.xx.1941-ci il təvəllüdlü X6 09 mart 2025-ci il tarixdə Saatlı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində “aorta qapaçlarının qeyri revmatik zədələnməsi, aortal stenoz eksudativ plevrit, ürək çatışmamazlığı, essensial hipertenziya” xəstəliyindən vəfat etmişdir. İddia ərizəsinə əlavə etdiyi Saatlı və Sabirabad Rayon Mərkəzi Xəstəxanalarının tibi arayışlarından mərhumun dayısı X7 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək stasionar qaydada müalicə olduğu öz təsdiqini tapır. Bu müddət ərzində mərhum dayısına Reanimasiya şöbəsində öksigen ballonu təbiq olunmaqla dərketmə və fəaliyyət qabiliyyəti tamamilə itirməklə müalicə almışdır. Sonuncu dəfə o, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (33 gün) Sabirabad Rayon Mərkəzi Xəstəxənasının Reanimasiya şöbəsində stasionara müalicə almış, vəziyyəti ağırlaşdığı üçün xx.xx.2025-ci il tarixdə Saatlı RMX-nın Reanimasiya şöbəsinin stasionara yerləşdirilmiş və xəstəliyin kəskin ağırlığı səbəbindən 5 gün sonra yəni, xx.xx.2025-ci il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Dayısının nəşi Saatlı rayon Qırağlı kənd qəbiristanlıığında dəfn olunmuşdur. Qeyd edir ki, mərhum dayısı Əzizağa Mirzəyevin xüsusi mülkiyyətində ünvan 1 ünvanında ümumi sahəsi 110,8 kv.metr 0,12 ha həyətyanı torpaq sahəsi, eləcə də Saatlı rayonu Qırağlı kəndində dəyəri 70000 (yetmiş min) manata olan 115.9 kv.metr fərdi yaşayış evləri vardır. Dayısının vəfatından sonra iddia ərizəsində adı qeyd olunan maraqlı şəxs Cavabdeh2 Mirfazil oğlu onlara 2 fərdi sənəd təqdim edərək oksigen ballonu altında Reanimasiya şöbəsində fəaliyyət qabiliyyəti olmayan dayısı Əzizağa Mirzəyev tərəfindən Cavabdeh2la xx.xx.2025-ci il tarixdə AN-İN№1339823 nömrəli alqı-satqı müqaviləsinin bağlanmasını və 02 mart 2025-ci il tarixdə Sabirabad Regional «ASAN xidmətə mərkəzinə gələrək Notariat ofisinin xüsusi notariusunun iştirakı ilə ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 110.8 kv.metr olan fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini maraqlı şəxsin adına vəsiyyət edilməsi barədə xx.xx.2025-ci il tarixli VƏSİYYƏTNAMƏ yazdığını bildirmişdir. Həmin sənədə görə maraqlı şəxs Cavabdeh2 xx.xx.2025-ci il tarixdə İmişli Regional «ASAN Xidmət Mərkəzinin Notariat ofisində mərhum dayısı Əzizağa Mirzəyevlə alqı-satqı müqaviləsinin bağlandığını və Qırağlı kəndində yerləşən ümumi sahəsi 115,9 kv.metr olan fərdi yaşayış evini (70000 manat dəyərində olan) və 0,07 ha həyətyanı torpaq sahəsini nağd qaydada 25000(iyirmi beş min) manat ödəməklə həmin evi Cavabdeh2 satıldığı bildirilmişdir. xx.xx.2025-ci il tarixdə isə yazdığı VƏSİYYƏTNAMƏ-də isə Sabirabad şəhərindəki evini vəsiyyət etdyini bildirmişdir. Halbuki, dayısı Mirzəyev Əzizağa xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi oksigen ballonu altında Sabirabad RMX-nın Reanimasiya şöbəsində stasionar müalicə almışdır. Necə ola bilər ki, oksigen ballonu altında stasionar müalicədə olan fəaliyyət qabiliyyəti olmayan ağır xəstə xx.xx.2025-ci il tarixdə sərbəst şəkildə İmişli Regional ASAN Xidmət Mərkəzinin Notariat ofisinə gedir və 70000 min manat dəyərində olan evini maraqlı şəxsə nağd şəkildə 25000 (iyirmi bez min) manata satır??? Necə ola bilər ki, oksigen balonu altında Reanmasiya şəraitində ağır vəziyyətdə olan əlil xəstə sərbəst qaydada X10 xidmətə gəlir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmununun izahını dərk edərək tam sərbəst şəkildə və özünü tamamilə dərk edərək maraqlı şəxsin adına VƏSİYYƏTNAMƏ yazır? Alqı-satqı müqaviləsinin və etibarnamənin saxta və etibarsız olmasını təsdiq edən digər bir sənədin kserosurətini iddia ərizəsinə əlavə etmişdir. Halbuki, dayısı xx.xx.2025-ci il tarixdə xəstəxanada Reanimasiya şöbəsində müalicədə olmuş, xx.xx.2025-ci il tarixdə xəstəxanadan birbaşa Saatlı RMX-na köçürülmüş və 5 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə xəstəxananın Reanmasiya şöbəsində vəfat etmişdir. Belə ki, maraqlı şəxsin onlara təqdim etdiyi xx.xx.2025-ci il tarixli vəsiyyətnamənin məzmununda mərhum dayısı Əzizağa Mirzəyev tərəfindən yazılan və xx.xx.2025-ci il tarixdə X10 Xidmət Mərkəzinin Notariat ofisinin notariusu tərəfindən tərtib və təsdiq olunan xx.xx.2025-ci il tarixli vəsiyyətnamədə dayısına məxsus olan və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət olunduğu qeyd olunmuşdur. Halbuki, vəsiyyətnamə tərtib olunan tarixdə onun dayısı Reanimasiya şöbəsinin stasionarında ağır vəziyyətdə olmuşdur. Necə ola bilər ki, fəaliyyət qabiliyyəti olmayan ağır xəstə reanimasiyadan qalxaraq əvvəl İmişli rayonuna gedib alqısatqı müqaviləsi bağlasın, ardıncada Sabirabad şəhərində digər daşınmaz əmlakını eyni şəxsin adına vəsiyyət etsin??? Hansı həkim rəyinə və şahidlərin iştirakı ilə bu kimi saxta işlər görülmüş, saxta sənədlər əsasında özgə əmlakını ələ keçirməyə cəhd edilmişdir? Bununla bağlı o Prokurorluq Orqanlarına şikayətlər etmişdir. Hazırda şikayətilə bağlı Saatlı və Sabirabad rayon Prokurorluqlarında araşdırmalar aparılır. Təqdim etdiyi tibbi arayış və sənədlərdən müəyyən və təsdiq olunur ki, belə bir alqı-satqı müqaviləsinin bağlanması qeyrimümkündür. Etibarnamə saxta və etibarsızdır. Necə ola bilər ki, mərhum dayısı 70000 manat dəyərində olan bir evini maraqlı şəxsə 25000 manat pula satır və digər evini isə vəsiyyət edir? Maraqlı şəxs Cavabdeh2 mərhum dayısı üçün belə əziz və önəmli birisi idirsə o zaman o biri evinidə satmazdı və onu da birgə vəsiyyət edərdi? Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, mərhum dayısı X3 Mirzəyev Latviya Respublikasının Riqa dairəvi məhkəməsi tərəfindən təsdiq olunan onun adına BEYNƏLXALQ dərəcəli Etibarnamə vermişdir. Həmin Etibarnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş formasını iddia ərizəsinə əlavə etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 Mirfazil oğlu iddiaya etiraz edərək, iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Sabirabad regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, etirazının əsası kimi mübahisəli xx.xx.2025-ci il tarixli vəsiyyətnamənin vəsiyyət edən X2, şahidlər X5 və X8, həmçinin vəsiyyətnamə üzrə vərəsə Cavabdeh2 fotoşəkilləri çəkilməklə, onların iştirakları ilə rəsmiləşdirilməsi hallarına əsaslanaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 18-1-65/2-M-327-42- 354/2025 saylı arayışın surətindən görünür ki, mərhum X6, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək Saatlı RMX PHŞ-in Reanimasiya şöbəsində “İ20.8-ÜSX QDÇ İİİ f/s.İkitərəfli eksudativ plevrit” diaqnozu ilə stasionar müalicə almışdır. İş materiallarında olan xx.xx.1941-ci il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan X4 verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-70/3-640/2025 saylı Tibbi Arayışın surətindən görünür ki, o, “İkitərəfli eksudativ plevrit” diaqnozu ilə Sabirabad RMX-nın Terapiya Şöbəsində xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək stasionar şəraitdə müalicə olunmuşdur. xx.xx.2025-ci il tarixli, 18-1-65/2-M-413-42-442/2025 saylı arayışın surətindən görünür ki, mərhum X6, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək Saatlı RMX PHŞ-in Terapiya şöbəsində “Aorta qapaqlarının qeyri revmatik zədələnməsi, Aortal stenoz eksudativ plevrit, ürək çatışmazlığı” diaqnozu ilə stasionar müalicə almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X6 xx.xx.2025-ci ildə Saatlı rayonu Qıraqlı kəndində ölmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Vəsiyyətnamənin surətindən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan X6 özünə məxsus bütün əmlakını, o cümlədən Sabirabad şəhəri, A.Abdullayev küçəsi, Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsini Saatlı rayonu, Qırağlı kəndində qeydiyyatda olan Cavabdeh2 vəsiyyət etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən (reyestr nömrəsi: **********63-10301; qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi: xx.xx.2019-cu il) Çıxarışın surətindən görünür ki, Sabirabad şəhəri, A.Abdullayev küçəsi, Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən 0.1266 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaş X2 02.02-xx.xx.2025-ci il tarixdə Sabirabad rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Vəsiyyətnamənin təsdiq edilməsi notariat hərəkəti vəsiyyət edən X2, şahidlər X5, X8 və vəsiyyətnamə üzrə vərəsə Cavabdeh2 fotoşəkilləri əks olunmaqla iştirakları ilə icra edilmişdir. Belə ki iddiadan görünür ki, iddiaçı məhkəməyə müraciət edərək X2 özünə məxsus daşınmaz əmlakının Cavabdeh2 vəsiyyət etməsinə dair Sabirabad regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2025-ci il tarixli Vəsiyyətnamənin ləğv edilməsini tələb edərək, tələbinin əsası kimi vəsiyyət edən X2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək oksigen ballonu altında Sabirabad RMX-nın Reanimasiya Şöbəsində stasionar müalicə alması səbəbindən, onun notariat ofisində olması mümkünsüz olaraq vəsiyyətnamənin rəsmiləşdirilməsi yanlış aparılmışdır. İddiaçı iddiasının əsası kimi Sabirabad RMX-nın xx.xx.2025-ci il tarixli 18-1-70/3-640/2025 saylı Tibbi Arayışına istinad etmişdir. Cavabdeh Sabirabad regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsi Nümayəndə iddiaya etirazının əsası kimi mübahisəli xx.xx.2025-ci il tarixli vəsiyyətnamənin vəsiyyət edən X2, şahidlər X5 və X8, həmçinin vəsiyyətnamə üzrə vərəsə Cavabdeh2 fotoşəkilləri çəkilməklə, onların iştirakları ilə rəsmiləşdirilməsi hallarına istinad edərək, bunun təsdiqi kimi məhkəməyə “Elektron notariat” X1 Çıxarış təqdim etmişdir. Mülki Məcəllənin 1179.1 və 1179.2-ci maddələrinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius tərəfindən təsdiqləsin, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2025-ci il tarixli vəsiyyətnamənin notariat formada rəsmiləşdirilməsi prosedurunun Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla aparılması müəyyən edilmədiyindən və bununla da iddiaçının gətirdiyi dəlillər notariat formada rəsmiləşdirilmiş xx.xx.2025-ci il tarixli vəsiyyətnamənin ləğvi üçün əsas olmadığından, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, mərhum vəsiyyət edən X2 birinci növbəli vərəsələri olduğu halda və iddiaçı ümumiyyətlə vəsiyyət edənin vərəsələri sırasına aid edilmədiyi təqdirdə, mübahisəli vəsiyyətnamənin mövcudluğu iddiaçının hər hansı qanunla qorunan hüquq və mənafelərinin pozulmasını istisna edir. Belə ki, Mülki Məcəllənin 1159.1 və 1159.2-ci maddələrinə əsasən birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. İkinci növbədə vərəsələr isə ölənin bacıları və qardaşları sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh2 Mirfazil oğluna və Sabirabad regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “vəsiyyətnamənin ləğv edilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2874/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2874/2025
22.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver