Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3028/2025 09.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Aktlar əsasında hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Aktlar əsasında hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 127509 saylı, xx.xx.2022-ci il tarixli, 266517 saylı, xx.xx.2023-cü il tarixli, 313602 saylı və xx.xx.2024-cü il tarixli, 348673 saylı aktlar əsasında hesablanmış 1564,29 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, Sabirabad rayonu, Sarxanbəyli kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. "xxxx" ASC-nin əməkdaşları ona məxsus sayğaca baxış keçirərkən sayğacdan kənar xətdən istifadə etməsi müəyyən olunmuşdur. Lakin o, sayğaca heç bir müdaxilə etməmiş. Ona sonradan məlum olmuşdur ki, həmin aktlar əsasında ona 1564,29 manat borc yazılmışdır. O, əsassız olaraq cərimə edilmişdir. Ona görə də hüquqları açıq-aşkar pozulmuşdur. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, orada ona məhkəməyə müraciət etməsini bildirmişlər. Əlavə olaraq bildirir ki, onların ümumiyyətlə sayğacdan anlayışları yoxdur. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtında ödəyir. Aktdan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, aktda əsassız qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Çünki, elektrik enerjisindən sərfiyyatı abonentin saldosundan göründüyü kimi vaxtı-vaxtında ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək və əlavə olaraq bildirdi ki, onun əlavə xəttdən istifadə etməsinə ehtiyacı yoxdur. Sayğacı evdən çöldə yerləşir. Onun 64 yaşı vardır və sayğacdan anlayışı yoxdur. Öz tələbatlarını çətinliklə qarşılayırlar. Smart kartına etdiyi ödənişlərin hər dəfə bir qismi onun borclarına silinir. Həmin məbləği ödəməyə imkanı yoxdur. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq ərizəsində göstərmişdir ki, İddiaçı yaşadığı ünvan **********00205 saylı kodla X1 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş "X3 Qaydaları"na əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif tarixlərdə “X3 Qaydaları"nın pozulmasına görə tərtib olunmuş aktlara əsasən 1564,29 manat dəyərində itirilmiş elektrik enerjisinin dəyəri hesablanmışdır. Həmin akt üzrə hesablanmış 1564,29 manatdan 407,29 manat məbləği abonent tərəfindən ödənilmişdir. Hal-hazırda qalıq məbləğ 1157 manat təşkil edir ki, abonentdən həmin borcun da ödənilməsi tələb olunmuş, lakin abonent bundan çıxış yolunu məhkəməyə müraciət etməkdə görmüşdür. Hesab edir ki, iddiaçının 1564,29 manat borcun silinməsi tələbi əsassızdır buna əsasən də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən xx.xx.2019-cu il tarixdə abonentin elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar xətdən istifadə etməsi faktı aşkarlanmış və R 127509 saylı akt tərtib edilmiş, bundan başqa xx.xx.2022-ci il tarixində baxış keçirilən zaman sayğacın alt hissəsinin yanaraq sıradan çıxması, istismara yararsız olması, abonentin sayğacsız elektrik enerjisi istifadə etməsi aşkar olunmuş, R 266517 saylı akt tərtib olunmuş, xx.xx.2023-cü il tarixində baxış keçirilərkən abonentin sayğacdan kənar xətdən istifadə etməsi faktı aşkarlanmış və R 313602 saylı akt tərtib edilmiş, xx.xx.2024-cü il tarixində baxış keçirilərkən isə abonentin sayğacdan kənar xətdən istifadə etməsi faktı aşkarlanmış və R 348673 saylı akt tərtib edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Sarxanbəyli kəndində yerləşən **********00205 saylı abonent hesabına X3 qaydalarının pozulmasına görə xx.xx.2019-cu il tarixli, 127509 saylı, xx.xx.2022-ci il tarixli, 266517 saylı, xx.xx.2023-cü il tarixli, 313602 saylı və xx.xx.2024-cü il tarixli, 348673 saylı aktlar üzrə elektrik enerjisi itkisinə görə cəmi 1564,29 manat borc hesablanmışdır. “X3 Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların tələblərinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X3 Qaydalarının pozulması barədə xx.xx.2019-cu il tarixli, 127509 saylı, xx.xx.2022-ci il tarixli, 266517 saylı, xx.xx.2023-cü il tarixli, 313602 saylı və xx.xx.2024-cü il tarixli, 348673 saylı aktlara əsasən borc yazılmış borcun 10%-i həcmində, yəni 156 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 127509 saylı, xx.xx.2022-ci il tarixli, 266517 saylı, xx.xx.2023-cü il tarixli, 313602 saylı və xx.xx.2024-cü il tarixli, 348673 saylı aktları əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Sarxanbəyli kənd sakini İddiaçının yaşadığı evin abonent hesabına hesablanmış 1564,29 manat borc məbləğindən 1408,29 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 156 manat müəyyən edilməlidir. Cavabdehin nümayəndəsinin iddiaçınn borclardan ödənişlər etməsi barədə mövqeyinə münasibətdə isə bildirilməlidir ki. abonentdə smart sayğac olduğundan karta köçürülmüş pullardan məcburi çıxılmalar abonentin könüllü həmin borcu qəbul edib ödəniş etməsi kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 127509 saylı, xx.xx.2022-ci il tarixli, 266517 saylı, xx.xx.2023-cü il tarixli, 313602 saylı və xx.xx.2024-cü il tarixli, 348673 saylı aktları əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 1564,29 manat borc məbləğindən 1408,29 manat Sabirabad rayonunun Sarxanbəyli kəndində yerləşən evə aid **********00205 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 156 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3028/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3028/2025
09.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver