Məhkəmə qərarları › İş №2(056)-3087/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-3087/2025

28.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-3087/2025 28.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı cavabdeh Sabirabad Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “ərizənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İM: İddiaçı cavabdeh Sabirabad Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “ərizənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia ərizəsinə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, qanunvericilikdə ərizənin etibarsız hesab olunması ilə bağlı hər hansı hüquqi tənzimləmə mexanizmi müəyyən edilməmişdir. İddia ərizəsi və əlavə olunmuş sənədlərdən görünən hal ondan ibarətdir ki, iddiaçı ilk növbədə ərizəsinin ləğv olunması ilə əlaqədar Sabirabad Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, xx.xx.2025-ci il tarixində ona imtina məktubu ünvanlanmışdır. İddiaçıya izah edilməlidir ki, əgər o, Notariat orqanının imtinasından, yəni hərəkət və ya hərəktsizliyindən narazıdırsa, aidiyyəti üzrə inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Beləliklə, yuxarıda göstərilən tələblərə əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş bütün sənədlər iddia ərizəsi ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Sabirabad Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “ərizənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə olunmuş bütün sənədlər iddia ərizəsi ilə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar