Məhkəmə qərarları › İş №2(056)-309/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-309/2025

10.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-309/2025 10.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 331280 saylı akt əsasında hesablanmış 1008,79 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Əlicanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birgə yaşayır. "xxxx" ASC-nin əməkdaşları ona məxsus sayğaca baxış keçirərkən məlum olmuşdur ki, sayğacın enerjini göstərmədiyi və enerjini buraxmaması müəyyən edilmişdir. Ona və ailə üzvlərinə sayğaca müdaxilə etməsi barədə hər hansı sənəd təqdim etməmişlər. Sonradan ona məlum olmuşdur ki, barəsində akt tərtib olunmuş və ona 1008,79 manat borc hesablanmışdır. Həmin borc əsassız yazılmış və hüquqları aşıq-aşkar pozulmuşdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Sabirabad RİH Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 636 saylı arayışdan görünür ki, o, 2010-cu ildən hazırki günə qədər ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Əlavə olaraq bildirir ki, onların sayğacdan ümumiyyətlə anlayışları yoxdur. O, hər ay istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəmişdir. Akt tərtib edilərkən nə o, nə də ailə üzvləri dəvət edilməmişdir. Aktdan da görünür ki, onun heç bir ailə üzvünün aktda imzası yoxdur. Göstərilən məbləğidə elektrik enerjisindən real vəziyyətdə istifadə etməsi də absurdur. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək və əlavə olaraq bildirdi ki, ərizədə qeyd edildiyi kimi, qardaşı uzun müddətdir ki, ailəsi ilə birgə Bakı şəhərində yaşayır. Onun evində olan elektrik sayğacı işlək vəziyyətdə olmadığı üçün o, bu barədə cavabdeh təşkilatı məlumatlandırmış, bundan sonra sayğac dəyişdirilmiş, lakin yeni quraşdırılmış sayğac köhnə olmaqla həmin sayğacın üzərində borc olmuşdur ki, hazırda həmin borc qardaşından tələb edilməkdədir. O, cavabdeh təşkilata sayğac üzərində olan borcun silinməsi ilə bağlı müraciət etdikdə ona həmin borcu silə bilmədiklərini, məhkəməyə müraciət edib silməsini bildirmişlər. Bundan sonra məhkəməyə müraciət olunmuşdur. Hazırda o, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı evdə aparılan yoxlama zamanı xx.xx.2024-cü il tarixli akta əsasən hesabat sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, sayğacın ünvanı göstərmir və enerji buraxmır. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Əlicanlı kəndində yerləşən **********00117 saylı abonent hesabına X1 qaydalarının pozulmasına görə xx.xx.2024-cü il tarixli, 331280 saylı akt üzrə ümumi 822,89 manat borc hesablanmışdır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2024-cü il tarixli, 331280 saylı akta əsasən enerji itkisinə görə borc 82 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 331280 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Əlicanlı kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış 822,89 manat borc məbləğindən 740,89 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 82 manat müəyyən edilməlidir. Aktın etibarsızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının aktın etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, akt aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 331280 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 822,89 manat borc məbləğindən 740,89 manat Sabirabad rayonunun Əlicanlı kəndində yerləşən evə aid **********00117 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 82 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar