Məhkəmə qərarları › İş №2(056)-3117/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3117/2025

11.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3117/2025 11.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Sabirabad Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sabirabad Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının həkim-psixiatr komissiyasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X1 ağır dərəcədə əqli gerilik, nitq qüsuru və davranış pozuntuları səbəbindən kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı var.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli arayışa əsasən X3 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik (İQ-31), nitq qüsuru və davranış pozuntuları ilə. Kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı var. Hemiplegik spastik serebral iflic, Serebral iflic, sol tərəfli hemiparez (əzələ gücü 3 bal) diaqnozu ilə birinci dərəcəli əlillik təyin edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2026-cı il tarixli, 491 saylı ekspert rəyindən görünür ki, Yoxlanılan şəxs X2 “AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ“ (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar xüsusi məktəbdə təhsil alması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik. (İQ31) nitq qüsuru və davranış pozuntuları ilə. Kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var. Hemiplegik spastik serebral iflic. Serebral iflic. Sol tərəfli hemiparez. (əzələ gücü 3 bal)” diaqnozu ilə birinci dərəcəli əlil hesab edilməsi), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. Yoxlanılan şəxs X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Buna görə də, F.Ərizəçianı fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Ərizə tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. Ərizəçi maraqlı maraqlı şəxs Sabirabad Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizənin əsaslarına görə, Füzuli rayonundan olan məcburi köçkündür. Ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında məskunlaşmışlar. xx.xx.2007-ci il təvəllüdlü qızı X4, ümumi xəstəlik səbəbindən İ dərəcəli əlildir, əmək qabiliyyətsizdir, daim kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı var, qızı Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik (İQ-31), nitq qüsuru və davranış pozuntuları ilə, kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı var. Hemiplegik spastik serebral iflic, serebral iflis, sol tərəfli hemiparez (əzələ gücü 3 bal) xəstəliyindən əziyyət çəkir. (Xəstəlikdən əziyyət çəkmələri ilə bağlı TSEK-in sonuncu müayinəsinə dair sənədi ərizəmə əlavə edir). Bu xəstəlik səbəbindən qızı özünü idarə edə bilmir. Bu səbəbdən də, övladını nəzarətsiz qoymaq mümkün deyildir. Sənəddən də görsəndiyi kimi, qızı X4 əmək qabiliyyətsiz ümumi xəstəlik səbəbindən isə əmək zəmanətsizdir. Özünü idarə edə bilməyən qızına baxmaq məcburiyyətindədir və onun bütün əziyyətlərini o çəkir. Övladı əqli qüsurlu olduğu üçün sənədləşmə işi lazım olduqda, sənədlərə imza ata bilmirlər, bu da bir sıra çətinliklər yaradır. Hal-hazırda qızı X4 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır.

b) iddiaya qarşı etiraz

6. Ərizə tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin etibarnamə üzrə nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir; Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; Maddə 319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

12. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 491 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Yoxlanılan şəxs X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. Yoxlanılan şəxs X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Buna görə də, F.Ərizəçianı fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.

14. Göründüyü kimi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən X2 psixi xəstəliklər olduğu ekspert rəyi ilə öz təsdiqini tapır.

15. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

16. Məhkəmə qeyd edir ki, X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və öz hərəkətlərini şüurlu idarə edə bilməməsi ərizəçinin izahatı, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilərək X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

17. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 06 oktyabr 2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

18. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. 06 oktyabr 2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar