Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3418/2025 12.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “AKT əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “AKT əsasında hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 121160№-li AKTı əsasında hesablanmış 379.17 AZN, xx.xx.2020-ci il tarixli 203294№-li AKTı əsasında hesablanmış 176.68 AZN, xx.xx.2020-ci il tarixli 208774№-li AKTı əsasında hesablanmış 33.33 AZN, xx.xx.2020-ci il tarixli 170038№-li AKTı əsasında hesablanmış 311.60 AZN, xx.xx.2021-ci il tarixli 217741№-li AKTı əsasında hesablanmış 108.09 AZN və xx.xx.2020-ci il tarixli 183933№-li AKTı əsasında hesablanmış 89,87 AZN cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu Axtaçı Muğan kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Sayğaca dair heç bir pozuntu hallarına yol verə bilməz. Belə ki, Cavabdeh-nin Sabirabad rayon əməkdaşları ona məxsus olan sayğaca fərqli vaxtlarda baxış keçirərkən kənar xəttdən istifadə edilməsi müəyyən edilmişdir. O, sayğacda heç nə görməmiş, heç bir müdaxilə edməmişdir. Sonradan məlum olmuşdur ki, onun adına aktlar tərtib olunmuş və 1389 manat cərimə olunmuşdur. Əsassız olaraq cərimələnmişdir. Ona görə də onun hüquqları açıq-aşkar pozulmuşdur. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməyini bildirdilər. Əlavə olaraq bildirir ki, onun isə ümumiyyətlə sayğacdan anlayışları yoxdur. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtı-vaxtında ödəyir. Aktlar tərtib edilməsində nə o, nədəki ailə üzvləri rəsmi və ya şifahi dəvət olunmamışlar. Aktlardan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, aktda əsassız qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Çünki, elektrik enerjisindən sərfiyyatı abonentin saldosundan göründüyü kimi vaxtıvaxtında ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 121160№-li, xx.xx.2020-ci il tarixli 203294№-li, xx.xx.2020-ci il tarixli 208774№-li, xx.xx.2020-ci il tarixli 170038№-li, xx.xx.2021-ci il tarixli 217741№-li və xx.xx.2020-ci il tarixli 183933№-li AKTlardan, Texniki sahələr üzrə Tələblər və abunə haqqında arayışdan görünür ki, istehlakçı İddiaçı yaşadığı Sabirabad rayonu, Axtaçı-Muğan kəndində yerləşən evə aid elektrik enerjisi uçotu və X1 Qaydalarına riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar xəttdən istifadə etməsi ilə bağlı elektrik enerjisinin uçotunun pozulduğu dövr üçün xx.xx.2018-ci il tarixli 121160№-li AKTı əsasında 379.17 AZN, xx.xx.2020-ci il tarixli 203294№-li AKTı əsasında 176.68 AZN, xx.xx.2020-ci il tarixli 208774№-li AKTı əsasında 33.33 AZN, xx.xx.2020-ci il tarixli 170038№-li AKTı əsasında 311.60 AZN, xx.xx.2021-ci il tarixli 217741№-li AKTı əsasında 108.09 AZN və xx.xx.2020-ci il tarixli 183933№-li AKTı əsasında 89,87 AZN manat borc hesablanmışdır. X1 Qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü 1 (bir) aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Yuxarıda istinad olunan normativ aktlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC tərəfindən tərtib edilmiş X1 Qaydalarının pozulması barədə tərtib edilmiş aktlar əsasında elektrik enerjisinin uçotunun pozulduğu dövrü 30 gün (1 ay) müddət üzrə hesablanmaqla bununla da xx.xx.2018-ci il tarixli 121160№-li AKTı əsasında hesablanmış 379.17 AZN borc məbləği azaldılaraq 37.91 AZN, xx.xx.2020-ci il tarixli 203294№-li AKTı əsasında hesablanmış 176.68 AZN borc məbləği azaldılaraq 17.66 AZN, xx.xx.2020-ci il tarixli 208774№-li AKTı əsasında hesablanmış 33.33 AZN borc məbləği azaldılaraq 11.11 AZN, xx.xx.2020-ci il tarixli 170038№-li AKTı əsasında hesablanmış 311.60 AZN borc məbləği azaldılaraq 31.16 AZN, xx.xx.2021-ci il tarixli 217741№-li AKTı əsasında hesablanmış 108.09 AZN borc məbləği azaldılaraq 10.80 AZN və xx.xx.2020-ci il tarixli 183933№-li AKTı əsasında hesablanmış 89,87 AZN borc məbləği azaldılaraq 12.83 AZN məbləğində müəyyən edilməlidir. MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz deyil, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Sabirabad rayonu, Axtaçı-Muğan kəndində yerləşən evində X1 qaydalarının pozulmasına dair "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 121160№-li AKTı əsasında hesablanmış 379.17 AZN borc məbləği azaldılaraq 37.91 AZN, xx.xx.2020-ci il tarixli 203294№-li AKTı əsasında hesablanmış 176.68 AZN borc məbləği azaldılaraq 17.66 AZN, xx.xx.2020-ci il tarixli 208774№-li AKTı əsasında hesablanmış 33.33 AZN borc məbləği azaldılaraq 11.11 AZN, xx.xx.2020-ci il tarixli 170038№-li AKTı əsasında hesablanmış 311.60 AZN borc məbləği azaldılaraq 31.16 AZN, xx.xx.2021-ci il tarixli 217741№-li AKTı əsasında hesablanmış 108.09 AZN borc məbləği azaldılaraq 10.80 AZN və xx.xx.2020-ci il tarixli 183933№-li AKTı əsasında hesablanmış 89,87 AZN borc məbləği azaldılaraq 12.83 AZN müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3418/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3418/2025
12.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver