Məhkəmə qərarları › İş №2(056)-343/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-343/2023

06.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-343/2023 06.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 282359 saylı aktının etibarsız hesab edilməsi və hesablanmış 451,41 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə vermiş olduğu izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək göstərdi ki, ünvan 1i ünvanında pasport qeydiyyatında olmaqla ailəsi ilə birlikdə yaşayır. "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşları ona məxsus olan sayğaca baxış keçirərkən sayğaca müdaxilə olunması əsas gətirilərək barəsində akt tərtib edilmişdir. Nə o, nə də ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Sonradan ona məlum olmuşdur ki, barəsində tərtib edilmiş protokol əsasında 451,41 manat cərimə olunmuşdur. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının etiraz etməməsini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq, iş üzrə müəyyən edilmiş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı yaşadığı ünvan 1i ünvanında "xxxx" ASC-nin Sabirabad rayon şöbəsinin əməkdaşları tərəfindən sayğaca müdaxilə etməsi əsas gətirilərək ona cərimə hesablanmışdır. İddiaçı isə hesablanmış borcun onun bir istehlakçı kimi hüquqlarını pozması qənaətinə gəldiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddiasını müdafiə edir, təmin olunmasını xahiş edir. Cavabdeh tərəf isə məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair öz etiraz və mülahizəsini bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «X1 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təjhizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, aktın məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilməli olduğu barədə birbaşa göstəriş verilmiş və bu tələbin icrası enerji təchizatı müəssisəsinin nümayəndəsinin üzərinə qoyulmuşdur. Mübahisələndirilən aktdan, iddiaçının izahatından və iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin enerji sərfiyyatını hesablayan elektrik sayğacına baxış hal şahidlərinin iştirakı olmadan keçirilmiş (hal şahidi kimi qeyd edilmiş şəxslər ASC-nin əməkdaşları olmuşdur) və aktın surəti iddiaçıya təqdim olunmamış, bununla da «X1 Qaydaları»nın 8.16 və 8.33-cü bəndlərinin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Həmçinin cavabdeh tərəf məhkəməyə gəlməmiş, hesabat uçot sayğacına müdaxilə olunması, eyni zamanda itirilmiş enrjiyə görə vəsaitin hesanlanması qaydasını təsdiq edən hər hansı bir mötəbər subutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin araşdırılan halları ilə sübut olunur ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin enerji sərfiyyatını hesablayan elektrik sayğacına baxış keçirilən zaman «X1 Qaydalar»ının tələbləri cavabdeh təşkilatın nümayəndələri tərəfindən kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödənişindən azaddırlar. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə İddiaçı barəsində tərtib edilmiş Azərişıq ASC-nin xx.xx.2022-ci il tarixli, 282359 saylı aktı etibarsız hesab edilməli və akt əsasında hesablanmış borc məbləği iddiaçının abunə hesabından silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş Azərişıq ASC-nin xx.xx.2022-ci il tarixli, 282359 saylı aktı etibarsız hesab edilsin və akt əsasında hesablanmış 451,41 manat məbləğində borc ünvan 1i ünvanında yerləşən evin sahibi İddiaçı abunə hesabından (abonent kodu **********00033) silinsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar