Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3451/2025 22.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “AKT əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “AKT əsasında hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli 392417 nömrəli AKT əsasında hesablanmış 1112.40 AZN cərimə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu Qəzli kəndində ünvanında qeydiyyatında olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Sayğaca dair heç bir pozuntu hallarına yol verə bilməz. Belə ki, Cavabdeh-nin Sabirabad rayon əməkdaşları ona məxsus olan sayğaca baxış keçirərkən məlum olmuşdur ki, kənar xəttdən istifadə edilməsi müəyyən edilmişdir. O, sayğacda heç nə görməmiş, heç bir müdaxilə edməmişdir. Sonradan məlum olmuşdur ki, onun adına akt tərtib olunmuş və 1112.40 manat cərimə olunmuşdur. Əsassız olaraq cərimələnmişdir. Ona görə də onun hüquqları açıq-aşkar pozulmuşdur. O, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh təşkilata müraciət etsə də, oradan ona məhkəməyə müraciət etməyini bildirdilər. Əlavə olaraq bildirir ki, onun isə ümumiyyətlə sayğacdan anlayışları yoxdur. O, hər ay istifadə etdiyi enerji pulunu vaxtı-vaxtında ödəyir. Aktlar tərtib edilməsində nə o, nədəki ailə üzvləri rəsmi və ya şifahi dəvət olunmamışlar. Aktlardan da görünür ki, heç bir ailə üzvünün imzası yoxdur. Həmin evdə yaşayan şəxslərdən də görünür ki, aktda əsassız qeyd olunmuş məbləğin sərfiyyatı ağlabatan deyildir. Çünki, elektrik enerjisindən sərfiyyatı abonentin saldosundan göründüyü kimi vaxtı-vaxtında ödənilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahtını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 392417 №-li AKTdan, Texniki sahələr üzrə Tələblər və abunə haqqında arayışdan görünür ki, istehlakçı İddiaçı məxsus Sabirabad rayonu, Qəzli kəndində yerləşən evdə elektrik enerjisi uçotu və X1 Qaydalarına riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar xəttdən istifadə etməsi səbəb kimi qeyd edilərək xx.xx.2025-ci il tarixli 392417 nömrəli AKT tərtib edilmiş və həmin AKT əsasında sayğacdan kənar xəttdən istifadə edilməsinə görə 1112.40 AZN borc hesablanmışdır. X1 Qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü 1 (bir) aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Yuxarıda istinad olunan normativ aktlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC tərəfindən tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2025-ci il tarixli 392417 nömrəli AKT əsasında elektrik enerjisinin uçotunun pozulduğu dövr üzrə elektrik enerjisinin itkisinə görə hesablanmış 1112.40 AZN borc məbləği azaldılaraq 111.24 AZN məbləğində müəyyən edilməlidir. MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz deyil, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Sabirabad rayonu, Qəzli kəndində yerləşən evində X1 qaydalarının pozulmasına dair "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 392417№-li AKTı əsasında hesablanmış 1112.40 AZN borc məbləği azaldılaraq 111.24 AZN müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3451/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3451/2025
22.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver