Məhkəmə qərarları › İş №2(056)-418/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-418/2023

14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-418/2023 14.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun barəsində tərtib edilmiş, xx.xx.2022-ci il tarixli, ******* saylı Aktın etibarsız hesab edilməsi və Akt əsasında hesablanmış 2805,46 AZN məbləğində pul vəsaitinin abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Cavabdehin nümayəndələri tərəfindən onun və ailə üzvlərinin xəbəri olmadan qaz sayğacına ümumi baxış keçirilmişdir. Sayğaca baxış keçirilən zaman guya onun sayğacdan kənar xətdən istifadə etməsi müəyyən edilmişdir. Sayğaca baxış hal şahidləri və ya onun ailə üzvlərindən heç birinin iştirakı olmadan yalnız cavabdeh təşkilatın əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Nə o, nə də ailəsi tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Vaxtı vaxtında da istifadə etdiyi qazın pulunu ödəmişdir. Ona görə də, hesab edir ki, akt əsassızdır. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli AKT-a əsasən “sayğacdan kənar xətdən istifadə etməsi” nöqsan kimi aşkarlanmış, bununla bağlı itirilmiş qazın həcmi 23328 m3 müəyyən edilmiş və nəticədə qaz itkisinə görə onun üzərində əsassız olaraq 2805,46 AZN məbləğində borc hesablanmışdır. Nə o, nə də ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi X3 iddia tələbinə etiraz edərək iddianın əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının və cavabdeh təşkilatın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli AKT-a əsasən “sayğacın kənar xətdən istifadə olunması” nöqsan kimi aşkarlanmış, bununla bağlı 360 gün üçün itirilmiş qazın həcmi 23328 m3 müəyyən edilmiş və nəticədə qaz itkisinə görə 2805,46 AZN məbləğində borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş abonentin saldosundan görünür ki, abonent İddiaçı 2022-ci ilin aprel-dekabr aylarında ümumilikdə təbii qazdan 365 günə 23328 m3 istifadə etmiş, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 2023-cü ilin yanvar ayına 2805,46 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli 180 nömrəli qərarının 2.12-ci bəndində əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»ın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı fərdi yaşayış evinə quraşdırılmış “qaz sayğacına Cavabdeh İstesalat Birliyi əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacdan kənar xətt olması aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Salyan RQİİ-nə göndərilmiş, Salyan RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə 365 günə İddiaçı 23328 m3 vurulmuş ziyan hesablanmış və həmin ziyana görə Sabirabad XS-nin abonent bazasında iddiaçının adına olan abonentin saldosuna 2805,46 manat borc yazılmışdır. İddiaçı sonradan xx.xx.2021-ci ildə ******* saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı (tərtib edilmiş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»na riayət olunmamaqla tərtib edilməsini) məhkəmədə sübut edə bilməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, məhkəmə iclasında Cavabdeh İstesalat Birliyinin nümayəndəsi xx.xx.2022-ci il tarixli, ******* saylı aktın əsaslı olmasını sübut edə bilsə də, itirilmiş qazın bərpası üzrə vurulmuş ziyanın 23328 m3 olmasını məhkəmədə sübut edə bilməmişdir. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun; 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X5 Reyestrinə daxil edilməsidir. 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X5 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması» X4 Dövlət Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qaydaların müddəaları iddiaçı üçün məcburi xarakter daşımır. İşin fakitiki hallarından görünür ki, iddiaçının evində yerləşən PQ-4 və İran peçi məişət əşyalarının istifadəsi üçün sərf edilməli olan təbii qazla bağlı qeyd edilənlər də, subyektiv fikirlərdir. Belə ki, həmin əşyaların hamısının qış vaxtı və s. vaxtlarda mütəmadi olaraq işləməsi, yaxud hərdənbir işlədilməsi, həmin əşyaların hansı intensivlikdə istifadə olunması, iddiaçının 2022-ci ilin aprel-dekabr aylarında təbii qazdan istifadəyə görə 365 günə hesablanmış 23328 m3 sərfiyyatı nəzərə almadan yenidən mübahisələndirilən akta əlavə etməklə ümumilikdə itirilmiş qazın bərpası üzrə 23328 m3 hesablanmasının əsaslı olması barədə cavabdeh tərəfindən təqdim olunan sübut məhkəmədə öz təsdiqini tapmamışdır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 5.2-ci bəndinə əsasən hesabat sayğac göstəricisinin sonuncu dəfə çıxarıldığı gündən pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 3 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılması zəruridir. Məhkəmə itirilmiş qazın dəyərinin hesablanmasını aşağıdakı kimi, hesablanmasını əsaslı hesab edir: PQ-4 1.2 m3/ saat orta günlük iş rejimi 16 saat və hesabat müddəti 90 gün, həmçinin İran peçi 1.5 m3/ saat orta günlük iş rejimi 16 saat və hesabat müddəti 90 gün istifadəsi mümkündür. 1.2x16x90=1728 m3 1.5x16x90=2160 m3 Cəmi 3888 m3 olmaqla cərimə məbləği 701,36 manat olmalıdır. Beləliklə məhkəmə işin hallarını, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, Cavabdeh İstesalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktı əsasında İddiaçı evində işlətdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi hesablanmış cərimə itirilmiş qazın dəyərinə görə 701,36 manat hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı evində işlətdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi hesablanmış 2805.46 manat cərimə azaldılaraq 701,36 manat müəyyən edilsin və qalan hissə abonentin hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar