Məhkəmə qərarları › İş №2(056)-435/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-435/2023

30.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-435/2023 30.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azəriqaz ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçının Cavabdeh ASC-yə qarşı «Aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı, Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Cavabdeh ASC-nin Salyan rayon qaz regional idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 1036,80 manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında olan xx.xx.2022-ci il tarixli ******* saylı aktda onun sayğacında sayğacın plastmas qapağının üzərində zavod qurquşun plombunun olmaması əsas gətirilmişdir. O və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Onun evinə gələn təbii qaz xəttinə quraşdırılmış sayğac küçədə yerləşir. Onun nəzarət etmək imkanı yoxdur. Qaz sayğacı onun adına qeyd edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbinə etiraz edərək iddianın əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı Əlağa Quliyevin yaşadığı Sabirabad rayonu Qalaqayın kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından (abonent kodu: **********00170) sayğacın sayğacın plastmas qapağının üzərində zavod qurquşun plombunun olmaması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş abonentin saldosundan görünür ki, abonent X2 2022-ci ilin müvafiq dövründə ümumilikdə təbii qazdan 8640 m3 istifadə etmiş, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 1036,80 manat borc hesablanmışdır. Məhkəmə, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli 180 nömrəli qərarının 2.12-ci bəndində əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»ın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu Qalaqayın kəndində yaşayan İddiaçının fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına Cavabdeh İstesalat Birliyi əməkdaşları tərəfindən baxış keçirilən zamanı sayğacın sayğacın plastmas qapağının üzərində zavod qurquşun plombunun olmaması aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı xx.xx.2022-ci ildə ******* saylı akt tərtib edilmişdir. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh Salyan RQİİ-nə göndərilmiş, Salyan RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə 90 günə İddiaçı 8640 m3 vurulmuş ziyan hesablanmış və həmin ziyana görə Sabirabad XS-nin abonent bazasında iddiaçının adına olan abonentin saldosuna 1036,80 manat borc yazılmışdır. İddiaçı sonradan xx.xx.2022-ci ildə ******* saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı (tərtib edilmiş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»na riayət olunmamaqla tərtib edilməsini) məhkəmədə sübut edə bilməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, məhkəmə iclasında Cavabdeh İstesalat Birliyinin nümayəndəsi xx.xx.2022-ci ildə ******* saylı aktın əsaslı olmasını sübut edə bilsə də, itirilmiş qazın bərpası üzrə vurulmuş ziyanın 8640 m3 olmasını məhkəmədə sübut edə bilməmişdir. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun; 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X6 Reyestrinə daxil edilməsidir. 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2-ci maddəsinə əsasəb bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X6 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması» X5 Dövlət Reyestrinin elektron variantında dərc edilmədiyi üçün həmin qaydaların müddəaları iddiaçı üçün məcburi xarakter daşımır. İşin fakitiki hallarından görünür ki, iddiaçının evində yerləşən məişət əşyalarının istifadəsi üçün sərf edilməli olan təbii qazla bağlı qeyd edilənlər də, subyektiv fikirlərdir. Belə ki, həmin əşyaların hamısının qış vaxtı və s. vaxtlarda mütəmadi olaraq işləməsi, yaxud hərdən bir işlədilməsi, həmin əşyaların hansı intensivlikdə istifadə olunması, iddiaçının 2022-ci ilin dekabr ayında təbii qazdan istifadə görə 90 günə hesablanmış 8640 m3 sərfiyyatı nəzərə almadan yenidən mübahisələndirilən akta əlavə etməklə ümumilikdə itirilmiş qazın bərpası üzrə 8640 m3 hesablanmasının əsaslı olması barədə cavabdeh tərəfindən təqdim olunan sübut məhkəmədə öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh İB tələbkarın istifadə etdiyi qaza görə 90 gün müddətində cərimə hesablaması əsassızdır. Məhkəmə itirilmiş qazın dəyərinin hesablanmasını aşağıdakı kimi, hesablanmasını əsaslı hesab edir: PQ-4- 4 m3/ saat orta günlük iş rejimi 16 saat və hesabat müddəti 30 gün; 4x16x30=576 m3 Cəmi 1920 m3 olmaqla cərimə məbləği 230,40 manat olmalıdır. Beləliklə məhkəmə işin hallarını həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, Cavabdeh İstesalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktı əsasında X2 evində işlətdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi hesablanmış 1036,80 manat cərimə itirilmiş qazın dəyərinə görə 230,40 manat hesablanmalıdır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 5.2ci bəndinə əsasən hesabat sayğac göstəricisinin sonuncu dəfə çıxarıldığı gündən pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 1 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydada istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçının Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçının evində işlətdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi cərimə 230,40 manat hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçının Cavabdehnə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçının evində işlətdiyi qaz işlədicilərinə görə qanunsuz istifadə edilmiş təbii qazın dəyəri kimi cərimə 230,40 (iki yüz otuz manat qırx qəpik) AZN hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar