Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-446/2025 10.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İM: İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia ərizəsinə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi, yəni qanunsuz hesab etdiyi akt heç bir hüquqi nəticə yaratmamışdır. İdiaçı həmin aktın əsasında qəbul edilməklə hüquqi nəticə yaratmış inzbati aktı (akt əsasında qəbul edilmiş müvafiq qərarı) ümumi məhkəmə qaydasında mübahisələndirmək əvəzinə, heç bir hüquqi nəticə yaratmayan aktı və onun əsasında hesablanmış cərimə məbləğini mübahisələndirmişdir ki, bu da hazırki vəziyyətdə indiki tələblə olan iddianın icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Beləliklə, yuxarıda göstərilən tələblərə əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsinə əlavə olunmuş bütün sənədlər iddia ərizəsi ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə, son olaraq iddiaçının nəzərinə çatdırır ki, hazırda mübahisələndirilən aktın əsasında hüquqi nəticə doğuran akt ümumi məhkəmə qaydasında mübahisələndirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 153 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə olunmuş bütün sənədlər iddia ərizəsi ilə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırda mübahisələndirilən aktın əsasında qəbul edilmiş hüquqi nəticə doğuran akt həmin aktı qəbul etmiş orqana müraciət edilib əldə edilməklə ümumi məhkəmə qaydasında mübahisələndirilə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-446/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-446/2025
10.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver