Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-617/2025 28.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2024-cü il tarixli qeyri-qanuni yazılmış R 370256 nömrəli aktın ləğvi və həmin akta əsasən yazılmış 822 manat borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2024-cü il tarixli qeyri-qanuni yazılmış R 370256 nömrəli aktın ləğvi və həmin akta əsasən yazılmış 822 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, R 370629 saylı akt və həmin akta görə hesablanmış 822 manat cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, Sabirabad rayonunun Surra kəndində yaşayır. Abunə kodu **********00366-dır. İşlətdikləri enerji haqqının pulunu vaxtında ödəyir. 2024-cü ilin dekabr ayının 10-da işlətdiyi elektrik sayğacında qəfil qüsur yaranmış və o, dərhal işıq idarəsində şifahi məlumat vermişdir. İşıq idarəsinin nümayəndələri gəlib qüsuru aradan qaldırmamışdır. Mövbəti ay, yəni bu ilin yanvar ayında cavabdehin onların kəndində xidmət göstərən nümayəndəsi sərfiyyat haqqında bildiriş verərkən borcunun çox olduğunu görmüş, bu məsələ ilə bağlı X1rkən ona cərimə olunmasını bildirmişlər. O, nə cəriməsi olduğunu soruşduqda ona xx.xx.2024-cü il tarixli qeyri-qanuni yazılmış R 370256 nömrəli aktın surətini vermişlər. Həmin akt əsasən ona 822 manat debitor borc yazılmışdır. Həmin akt yazılarkən onun heç nədən xəbəri olmamışdır. Akt tərtib edilərkən iki nəfər hal şahidi imperativ şəkildə göstərilməlidir. Əlbəttə ki, belə qanunsuz aktı heç bir şahid imzalamazdı. Aktın harada və necə yazılmasından onun xəbəri olmamışdır. Hesab edir ki, göstərilən akt və onun əsasında yazılmış borc ləğv edilməlidir. Hər ay istifadə etdikləri enerjinin dəyərini ödədikləri halda, onlara məlum olmayan borcun cavabdeh idarə tərəfindən tələb edilməsi qanunsuzdur. Cavabdeh müəssisənin işçilərinin hərəkətləri bir istehlakçı kimi onun hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək və əlavə olaraq bildirdi ki, onun 68 yaşı var. Evdə bir arvadı və bir özü yaşayır. Onun kənar xətt nəyinə lazımdır? Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən xx.xx.2024-cü il tarixdə abonentin elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar xətdən istifadə etməsi faktı aşkarlanmış və R 370256 saylı akt tərtib edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Surra kəndində yerləşən **********00366 saylı abonent hesabına X3 qaydalarının pozulmasına görə xx.xx.2024-cü il tarixli, R 370629 saylı akt üzrə elektrik enerjisi itkisinə görə 822 manat borc hesablanmışdır. “X3 Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların tələblərinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X3 Qaydalarının pozulması barədə xx.xx.2024-cü il tarixli, R 370629 saylı akta əsasən enerji itkisinə görə borc 82 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, R 370629 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə Sabirabad rayonunun Surra kənd sakini İddiaçı yaşadığı evin abonent hesabına hesablanmış 822 manat borc məbləğindən 740 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 82 manat müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, R 370629 saylı aktı əsasında elektrik enerjisi itkisinə görə hesablanmış 822 manat borc məbləğindən 740 manat Sabirabad rayonunun Surra kəndində yerləşən evə aid **********00366 saylı abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 82 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-617/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-617/2025
28.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver