Məhkəmə qərarları › İş №2(056)-627/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-627/2023

28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-627/2023 28.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X1 barəsində tərtib edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 029902 saylı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 721,86 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ailə üzvü məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixdə ölməsini qeyd edərək, bu barədə ölüm haqqında şəhadətnamənin surətini məhkəməyə təqdim etmişdir. Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 308823 nömrəli xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2023-cü il tarixdə 222 nömrəli akt qeydi tərtib edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı vəfat etdiyindən iddia tələbi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 261, 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə təqdim edildikdən və tərəf onu aldıqdan sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə yazılı şikayət verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar