Məhkəmə qərarları › İş №2(056)-70/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-70/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-70/2023 17.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi ilə, İddiaçı «X4» MTK-nin Cavabdeh qarşı «Müqavilə üzrə yaranmış borcun ödənilməsi (pul tələbi)» barədə iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X4» MTK Cavabdeh qarşı «Müqavilə üzrə yaranmış borcun ödənilməsi (pul tələbi)» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” MTK ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 21243 (iyirmi bir min iki yüz qırx üç) manat və ödənilmiş 154 (bir yüz əlli dörd) manat dövlət rüsumunun tutularaq iddiaçı “X4” MTK-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “X4” MTK ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında olan 15 saylı binanın 12-ci mərtəbəsində yerləşən 1 otaqlı 74 saylı mənzil hər 1 kv.m üçün 1000 manat olmaqla, 77000 (yetmiş yeddi min) manata Cavabdeh satılmışdır. İddiaçı qeyd olunan müqavilə üzrə (müqavilənin 2-ci bəndi) öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Müqavilə şərtlərinə əsasən Cavabdeh müqavilə dəyərindən 12000 (ok iki min) manat ilkin ödəniş kimi etmiş, yerdə qalan 65000 (alymış beş min) manat hissəsini hər ay 1805 (bir min səkkiz yüz beş) manat olmaqla 36 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə son ödəniş tarixi 20 dekabr 2021-ci il müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə və ona edilmiş əlavənin şərtləri pozulmuş, yuxarıda qeyd olunan tarixə öhdəlik tam olaraq icra olunmamışdır. Müqavilə üzrə ümumilikdə 55757 (əlli beş min yeddi yüz əlli yeddi) manat məbləğində vəsait ödənilmiş, hazırda MTK-ya 21243 (iyirmi bir min iki yüz qırx üç) manat borc qalmaqdadır. Müqailə üzrə son ödəniş 03 sentyabr 2022-ci il tarixdə 1000 (bir min) manat olmaqla Cavabdeh tərəfindən aparılmışdır. İddiaçı «X4» MTK-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 məhkəməyə ərizə ünvanlayaraq, 15 dekabr 2022-ci il tarixə təyin edilmiş baxış iclasınının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsaslanaraq və iddiaçı təşkilatın nümayəndəsinin müraciətini nəzərə alaraq işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan «X4» MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1253 nömrəli Müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında olan 15 saylı binanın 12-ci mərtəbəsində yerləşən 1 otaqlı 74 saylı mənzil «X4» MTK tərəfindən Cavabdeh hər 1 kv.m üçün 1000 manat olmaqla 77000 (yetmiş yeddi min) manata satılmışdır. «X4» MTK-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 146 nömrəli maliyyə arayışından aydın olur ki, “X1 LTD" törəmə şirkəti ilə (hazırda bu şirkətin hüquqi varisi “X4" MTK) Cavabdeh arasında bağlanmış 21 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında olan 15 saylı binanın 12-ci mərtəbəsində yerləşəni-otaqlı 74 saylı mənzil hər 1 m 2 üçün 1000 manat olmaqla 77000 (yetmiş yeddi min) manata satılmış, qeyd olunan məbləğdən 55757 (əlli beş min yeddi yüz əlli yeddi) manat məbləğində vəsait ödənilmiş, hazırda MTK-ya 21243 (iyirmi bir min iki yüz qırx üç) manat borc qalmaqdadır. Müqailə üzrə son ödəniş 03 sentyabr 2022-ci il tarixdə 1000 (bir min) manat olmaqla Cavabdeh tərəfindən aparılmışdır. Sözügedən müqavilənin mahiyyəti və onun əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu kontekstdə müəyyənləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı «X4» MTK-dən alqı-satqı müqaviləsi üzrə aldığı daşınmaz əmlakın dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı «X4» MTK-nin həmin nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 154 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, qanunvericiliyin istinad edilən müddəalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «X4» MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 21243 (iyirmi bir min iki yüz qırx üç) manat əsas borc və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 154 (bir yüz əlli dörd) manat, cəmi 21397 (iyirmi bir min üç yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «X4» MTK-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «X4» MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 21243 (iyirmi bir min iki yüz qırx üç) manat əsas borc və iddianın qaldırılması üçün ödənilmiş 154 (bir yüz əlli dörd) manat dövlət rüsumu olmaqla, cəmi 21397 (iyirmi bir min üç yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «X4» MTK-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar