Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-711/2024 08.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilərək onun əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Nəzarət Departamentinin Satış İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, NDM seriyalı, 033540 nömrəli aktın ləğv edilərək akta əsasən hesablanmış 706,70 manat cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən NDM seriyalı, 033540 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən 706,70 manat əlavə pul ödəməlidir. Aktda sayğacın sxemində problem olduğu göstərilir. Qeyd olunan sayğaca xx.xx.2023-cü ildə kartla pul yükləyən zaman pul sayğaca köçmədi. O, həmin gün "xxxx" ASC-nin Sabirabad EŞ-nə ərizə ilə müraciət etmiş, səhəri günü xx.xx.2023-cü il tarixdə gəlib baxış keçirmişlər. Təxminən bir ay sonra sayğac dəyişdirilmişdir. Həmin müddət ərzində Sabirabad EŞ tərəfindən qanunun tələbinə uyğun yeni sayğac qoyulana qədər sayğacdan kənar elektrik enerjisi ilə təmin olunmuşdur. Sonradna bilmişdir ki, barəsində qeyd edilən cərimə tətbiq edilmişdir. Halbuki o, xx.xx.2023-cü ildə rəsmi məlumat vermişdi. Həmin günə kimi sayğac normal işləmiş, kartla təması norma olmuşdur. Əgər sayğacda problem olubsa deməli zavod istehsalında qüsur olmuşdur. Bir aya görə 706,70 manat cərimə yazılması absurddur. Həmin dövrdəki qanunsuz qoşulmanı Sabirabad EŞ-nin əməkdaşları həyata keçirmişdir. Aktın tərtibindən onun xəbəri olmamış, akt imza üçün ona təqdim edilməmişdir. Sayğac jəytdən kənarda, küçədə quraşdırılmışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, sayğacında yaranmış problemlə bağlı o, vaxtında işıq idarəsinə bildirmiş, İdarədən göndərilmiş əməkdaş sayğacdakı problem arada qaldırılanadək işığının kəsilməməsi üçün tədbir görmüşdür. Bunda onun təqsiri olmamışdır. Bu barədə o, İdarəyə də bildirmişdir. Akt üzrə yazılmış pulu ödəmək imkanı yoxdur. Fəhləlilk etməklə çətinliklə dolanır. Göstərdiklərinə əsasən o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Sabirabad EN-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, yuxarıda göstərilən ona məxsus elektrik sayğacı ödəniş kartı qəbul etmir. Qüsurun aradan qaldırılmasına köməklik edilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı mənzildə aparılan yoxlama zamanı xx.xx.2023-cü il tarixli akt əsasən E.E.İ.Q-na uyğun yoxlama apararkən məlum olmuşdur ki, sayğacın alt qapaq möhürü yerində deyildir, sayğacın giriş-çıxış xətlərinin sıxaclar qutusunun giriş yuvasında birləşdirilərək sayğacın sxemdən kənarlaşdırılması müəyyən olundu. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, Sabirabad rayonunun Şəhriyar kəndində X1 qaydalarının pozulmasına görə akt üzrə elektrik enerjisi itkisinə görə 700,72 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, Şirinov X2 rayonunun Şəhriyar kəndində yaşayır. “X1 Qaydaları”nın Bundan başqa Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İstinad olunan Qaydaların 8.16-cı bəndinə əsaslanaraq və toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, elektrik enerjisinin gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı və iddiaçı barəsində itirilmiş elektrik enerjisinin bərpasına dair tərtib edilmiş X1 Qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli akta əsasən enerji itkisinə görə borc cəmi 50 manat məbləğində müəyyən edilməlidir. Ona görə də, iddia ərizəsi qismən təmin edilərək "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli aktı əsasında X1 qaydalarının pozulmasına görə enerji itkisinə görə Sabirabad rayonunun Şəhriyar kənd sakini İddiaçı yaşadığı evin **********00939 saylı abonent hesabına hesablanmış 700,72 manat borc məbləğindən 650,72 manat abunə hesabından silinməli və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 50 manat müəyyən edilməlidir. Aktın etibasrızlığına gəlikdə isə qeyd edilməlidir ki, iddiaçının akın etibarsızlığı barədə gətirdiyi dəlillər əsassızdır. Belə ki, akt aşkar edilmiş qüsurla bağlı olmuşdur. Ona görə də iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, NDM seriyalı, 033540 nömrəli aktı əsasında X1 qaydalarının pozulmasına görə Sabirabad rayonunun Şəhriyar kənd sakini İddiaçı yaşadığı evin **********00939 saylı abonent hesabına hesablanmış 700,72 manat borc məbləğindən 650,72 manat abunə hesabından silinsin və həmin məbləğ 1 aylıq dövrə uyğun olaraq 50 manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-711/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-711/2024
08.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver