Məhkəmə qərarları › İş №2(056)-727/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-727/2023

27.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-727/2023 27.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «Sabirabad rayonunun Çölbeşdəli kəndində yerləşən, Cavabdeh məxsus iki mərtəbəli fərdi yaşayış evindən ona və övladları X2 və X1 düşən payın kompensasiya şəklində alınıb onlara verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «Sabirabad rayonunun Çölbeşdəli kəndində yerləşən, Cavabdeh məxsus iki mərtəbəli fərdi yaşayış evindən ona və övladları X2 və X1 düşən payın kompensasiya şəklində alınıb onlara verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qeydiyyatda olduğu Sabirabad rayonunun Çölbeşdəli kəndində yerləşən, Cavabdeh məxsus iki mərtəbəli fərdi yaşayış evindən ona və övladları X2 və X1 düşən payın kompensasiya şəklində alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbrdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin ödənilmiş 50 manat dövlət rüsumu ilə birlikdə ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: -“Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və ödənilmiş dövlət rüsumu iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı «Sabirabad rayonunun Çölbeşdəli kəndində yerləşən, Cavabdeh məxsus iki mərtəbəli fərdi yaşayış evindən ona və övladları X2 və X1 düşən payın kompensasiya şəklində alınıb onlara verilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birgə İddiaçı geri qaytarılsın. Hazırki iş üzrə İddiaçı tərəfindən xx.xx.2023-cü ildə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu İddiaçı geri ödənilsin. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar