Məhkəmə qərarları › İş №2(056)-808/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-808/2024

13.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-808/2024 13.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim X2, İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “kompenasiya ödənilməklə ümumi mülkiyyət payının alınması” təlbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “kompenasiya ödənilməklə ümumi mülkiyyət payının alınması” təlbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabirabad rayonu, Qaralar kəndində yerləşən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi paylı mülkiyyət hüququ ilə 28/30 hissə onun, 1/30 hissə Cavabdeh1, 1/30 hissə Cavabdeh2 məxsus fərdi yaşayış evi mülkiyyətçinin payı cüzi olduğuna görə, həmin əmlakın qiymətləndirilməsi və bazar qiymətinə uyğun Cavabdeh1 və Cavabdeh2 hər birinə 1/30 hissədə paylarına kompensasiya ödənilməklə ümumi əmlakdakı pay hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini araşdıraraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə tərflərin anket məlumatları, müvafiq arayışlar əlavə edilməmişdir. Bununla da, İddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cu maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan bütün məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nın 149.2.2-ci maddəsinin tələbinə əsasən, tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nın 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149- 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “kompenasiya ödənilməklə ümumi mülkiyyət payının alınması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar