Məhkəmə qərarları › İş №2(056)-832/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-832/2023

08.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-832/2023 08.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə xx.xx.2023-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 030933№-li AKTına əsasən hesablanmış borcun onun abunə hesabından (**********2) silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, ailəsi ilə ünvan 1 ünvanında yaşayırlar. İşlətdikləri enerjinin haqqını vaxtında ödəyirlər. xx.xx.2022-ci il tarixdə Azərişıq ASC-nin əməkdaşları tərəfindən 030933 nömrəli AKT tərtib edilərək həmin akt əsasında tərtib edilmiş satış sahəsi üzrə tələbə əsasən o, cərimə edilmişdir. Baxış zamanı elektrik sayğacın alt qapağının möhürünün yerində olmadığı, sayğacın giriş-çıxış xətlərinin sıxaclar qutusunun giriş yuvalarından birləşdirilərək sayğacın sxemdən kənarlaşdırılması aşkar edilmişdir. O cümlədən cavabdeh tərəfindən ona məxsus elektirik sayğacına onun işirakı olmadan baxış keçirilmişdir. Ona görə də ona yazılan cərimələr qanunsuzdur, məhkəmə qaydasında ləğv edilməlidir. Enerjiyə dair qanunvericilikdə normalar müəyyən olunmuşdur ki, həmin normalar ona cərimə yazılarkən cavabdeh tərəfindən kobud surətdə pozulmuşdur. Odur ki, iddianın təmin olunması məhkəmən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edib, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus yaşayış evinə quraşdırılmış elektrik sayğacına enerji təchizatı müəssisəsi nümayəndələrinin iştirakı ilə baxış keçirilməsi zamanı elektrik sayğacın alt qapağının möhürünün yerində olmadığı, sayğacın giriş-çıxış xətlərinin sıxaclar qutusunun giriş yuvalarından birləşdirilərək sayğacın sxemdən kənarlaşdırılması aşkar olunmuşdur. Beləliklə məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında "xxxx" ASC-nin X1 Təchizatı və Satışı İdarəsinin Sabirabad Şöbəsinin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət olunması yoxlanılarkən, istehlakçı İddiaçı məxsus evdə elektrik sayğacın alt qapağının möhürünün yerində olmadığı, sayğacın giriş-çıxış xətlərinin sıxaclar qutusunun giriş yuvalarından birləşdirilərək sayğacın sxemdən kənarlaşdırılması müəyyən olunmuş, elektrik sayğacında olan qüsurların aradan qaldırılması, eyni zamanda elektrik enerjisinin uçotunun pozulduğu dövr üçün borc hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.11-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Belə olan halda, istehlakçıya məxsus evə xidmət edən sayğacın evdən kənarda küçədə quraşdırılması halını nəzərə alaraq, sayğacın işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi, yəni "xxxx" ASC məsuliyyət daşıyır və bu səbəbdən, sayğacda yaranmış qüsura görə cavabdehliyi istehlakçı (iddiaçı) İddiaçı daşıya bilməz. Yuxarıda istinad olunan Qaydaların 8.15-ci bəndinə əsasən, elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerji təchizatı müəssisəsi Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İddiaçı sayğacın işləməməsinin və elektrik sayğacına müdaxilə edilməsində onun təqsiri sübut olunmadığından, habelə fiziki şəxs kimi onun elektrik sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi o, deyil, məhz enerji paylayıcısı daşıdığından, həmçinin məişət elektrik qurğularının istifadəsi üçün elektrik sayğacı elektrik enerjisi paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisi itkiisinə görə hesablanmış pulun ondan tələb edilməsini qanunsuz və əsassız hesab edərək, qeyd olunan xəta ilə bağlı onun abunəci kimi adına hesablanmış borcun ləğv edilməsinə dair məhkəməyə müraciət etməsi haqlı hesab edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, xx.xx.2022-ci il tarixli 030933№-li AKTına əsasən dəyişdirilmiş elektrik sayğaçında yaranmış qüsur (elektrik sayğacın alt qapağının möhürünün yerində olmadığı, sayğacın giriş-çıxış xətlərinin sıxaclar qutusunun giriş yuvalarından birləşdirilərək sayğacın sxemdən kənarlaşdırılması) nəticəsində elektrik enerjisinin uçotunun pozulduğu dövr üzrə enerji itkisi üçün hesablanmış borc vəsaiti Sabirabad şəhəri, Ə.Kərim küçəsi 39 ünvanında yerləşən evə dair İddiaçı adına olan abunə hesabından (**********2) silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 030933№-li AKTa əsasən elektrik sayğaçında yaranmış qüsur (elektrik sayğacın alt qapağının möhürünün yerində olmadığı, sayğacın giriş-çıxış xətlərinin sıxaclar qutusunun giriş yuvalarından birləşdirilərək sayğacın sxemdən kənarlaşdırılması) nəticəsində elektrik enerjisinin uçotunun pozulduğu dövr üzrə enerji itkisi üçün hesablanmış borc vəsaiti ünvan 2 ünvanında yerləşən evə dair İddiaçı adına olan abunə hesabından (**********2) silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar