Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-85/2023 12.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əsədli Elçin Ayaz oğlunun katibliyi, İddiaçınun iştirakı ilə, İddiaçınun - cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə xx.xx.2023cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 203541 saylı aktının etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 401,68 AZN borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında pasport qeydiyyatında olmaqla ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Sayğac mərhum əri X1 adına qeyd edilmişdir. "xxxx" ASC-nin Sabirabad rayon əməkdaşlarının ona məxsus olan sayğaca baxış keçirərkən sayğacdan kənar xəttdən istifadə etməsi müəyyən edilmişdir. Sonradan ona məlum olmuşdur ki, bu barədə akt tərtib edilmiş və o, 401,68 manat cərimə olunmuşdur. Hesab edir ki, əsassız olaraq cərimələnmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib əlavə olaraq göstərdi ki, sayğacda məftil boşluğu yaranmış və bunun nəticəsində xətt kəsilmişdir. Buna görə də o, təxminən bir həftə müddətinə müvvəqəti olaraq sayğacdan kənar xətdən istifadə etmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh təşkilat məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə iclasının cavabadeh təşkilat Azərişıq ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sənədləri tədqiq edərək, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, "xxxx" ASC-nin aktlar üzrə komissiyanın üzvləri tərəfindən iddiaçının yaşadığı mənzildə aparılan yoxlama zamanı xx.xx.2020-ci il tarixli 203541 saylı akta əsasən E.E.İ.Q-na uyğun yoxlama aprarkən məlum olmuşdur ki, abonent elektrik enerjisindən sayğacdan kənar xəttdən istifadə etmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, İddiaçı tərəfindən X2 qaydalarının pozulmasına görə, ona elektrik enerjisi itkisinə görə 401,68 AZN borc hesablanmışdır. İş materiallarından görünür ki, İddiaçı həqiqətən də ünvan 1i ünvanında yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən olunudu ki, İddiaçınun yaşadığı ünvan 2i ünvanında "xxxx" ASC-nin Sabirabad rayon şöbəsinin əməkdaşları tərəfindən sayğaca müdaxilə etməsi əsas gətirilərək ona cərimə hesablanmışdır. İddiaçı isə hesablanmış borcun onun bir istehlakçı kimi hüquqlarını pozması qənaətinə gəldiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddiasını müdafiə edir, təmin olunmasını xahiş edir. Cavabdeh tərəf isə məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair öz etiraz və mülahizəsini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «X2 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəjhizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, aktın məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilməli olduğu barədə birbaşa göstəriş verilmiş və bu tələbin icrası enerjitəchizatı müəssisəsinin nümayəndəsinin üzərinə qoyulmuşdur. Mübahisələndirilən aktdan və iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin enerji sərfiyyatını hesablayan elektrik sayğacına baxış hal şahidlərinin iştirakı olmadan keçirilmiş və aktın surəti iddiaçıya təqdim olunmamış, bununla da «X2 Qaydaları»nın 8.16 və 8.33-cü bəndlərinin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Həmçinin cavabdeh tərəf məhkəməyə gəlməmiş, hesabat uçot sayğacına müdaxilə olunması, eyni zamanda itirilmiş enrjiyə görə vəsaitin hesanlanması qaydasını təsdiq edən hər hansı bir mötəbər subutunu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, "xxxx" ASC ilə abonent arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «X2 Qaydaları»nın 8.1-ci maddəsinin tələbinə görə dövlət energetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.20-ci bəndinə əsasən yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, iş üzrə tərəflər arasında müqavilə bağlanmadığından istehlakçının enerji təchizatı müəssisəsi qarşısında öhdəliyi də yaranmamışdır. Beləliklə, işin araşdırılan halları ilə sübut olunur ki, xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evin enerji sərfiyyatını hesablayan elektrik sayğacına baxış keçirilən zaman «X2 Qaydalar»ının tələbləri cavabdeh təşkilatın nümayəndələri tərəfindən kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödənişindən azaddırlar. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə iddiaçı X1 barəsində tərtib edilmiş Azərişıq ASC-nin xx.xx.2020-ci il tarixli, 203541 saylı aktı etibarsız hesab edilməli və akt əsasında hesablanmış 401,68 manat borc məbləği iddiaçının abunə hesabından silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. X1 barəsində tərtib edilmiş Azərişıq ASC-nin xx.xx.2020-ci il tarixli, 203541 saylı aktı etibarsız hesab edilsin və akt əsasında hesablanmış 401,68 manat məbləğində borc ünvan 2i ünvanında yerləşən evə aid abunə hesabından (abonent kodu **********00103) silinsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-85/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-85/2023
12.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver